• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bəxtiyar ziyarəti, çağırış

  • 31 Yanvar 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirən ictimai fəal Bəxtiyar Hacıyevin vəziyyəti ağırdır. Yanvarın 30-da fəala baş çəkən vəkil Zibeydə Sadıqova “Turan”a deyib ki, Bəxtiyar həbs müddətində 13 kiloqramdan çox arıqlayıb: “Mədə ağrıları güclənib. Təcridxananın həkimi bu minvalla onda mədə xorası yaranacağını bildirir. Baş gicəllənmələri artıb, arterial təzyiqi düşür, bu da beyninə təsir edir və qarşısıalınmaz pozuntulara səbəb ola bilər. Bir müddət əvvəl götürülmüş qan analizi Bəxtiyarda maqnezium, kalsium və şəkərin normadan xeyli aşağı olduğunu göstərib. Aclığı dayandırmaq xahişlərinə baxmayaraq azadlığa çıxana qədər aksiyanı davam etdirmək niyyətindədir”.

AXCP sədri Əli Kərimli hakimiyyətə səslənərək Bəxtiyar Hacıyevi azad etməyə çağırıb: “Bəli, tarixən belə məqamlar olur ki, xalqlar darda olan övladlarını xilas etmək üçün yetərincə səfərbər ola bilmirlər. Bəli, elə zamanlar olur ki, dünyanın, beynəlxalq təşkilatların diqqəti böyük münaqişələrə cəlb olunur və günahsız siyasi məhbuslar haqq etdiyi dəstəyi ala bilmir.

Təəssüf ki, indi məhz belə bir məqamdır. Ancaq bu o demək deyil ki, rejim bu vəziyyəti Bəxtiyar Hacıyevi məhv etmək fürsətinə çevirməlidir. Xalq hər şeyi görür, yaddaşına yazır və bir gün məsuliyyət də tələb edəcək. Öldürməyin, azad edin Bəxtiyar Hacıyevi”.

Novator.az bildirir ki, 2022-ci il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçmiş Xətai Rayon Məhkəməsi 2023-cü il yanvarın 21-də həbs müddətini fevralın 28-dək uzadıb.

Bəxtiyar Hacıyevə xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. İstintaqı aparan Bakı Şəhər Baş Polis İdarəsinin iddiasına görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb.

Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə əsasən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq bir çox cəza, o cümlədən 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutur.

289.1-ci maddəyə görə, məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmənin maksimum cəzası 6 ayadək müddətə azadlıqdan məhrumetmədir.

Fəal ötən il dekabrın 15-dən 29-dək Bakı İstintaq Təcridxanasında azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirib, bu il yanvarın 9-dan yenidən aclıq edir.

Bəxtiyar Hacıyevin həbsindən, həbs müddətinin uzadılmasından Bakı Apellyasiya Məhkəməsinə şikayətlər, eləcə də həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi, əmlak girovu ilə azadlığa buraxılması cəhdləri fayda verməyib.

Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunu olan 1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.

Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?

Azadlıq tələbi

Bəxtiyar Hacıyev prosesi təyin olunub

Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı

Bəxtiyar Hacıyev aclığı davam etdirir

Vəkil Bəxtiyar Hacıyevə baş çəkdi

Ev dustaqlığı müraciəti

Bəxtiyar Hacıyevdən köçürülmək istəyi

Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə saxladı

Bəxtiyar Hacıyev çağırışı

Bəxtiyar Hacıyev: yeni proses, Avropa Məhkəməsindən qərar

Azadlıq çağırışı

Bəxtiyar Hacıyev yenə buraxılmadı

Bəxtiyar aksiyası

Əli Kərimli Bəxtiyar Hacıyevə səslənib

Azadlığa yeni cəhd

Bəxtiyar Hacıyev aclığı dayandırdı

Məhkəmədən Bəxtiyar qərarı

Bəxtiyar həbsdə qaldı, yenə aclıq qərarı verdi

Bəxtiyara ittihamlar yeniləndi

Bəxtiyarın səhhəti pisləşib

Bəxtiyarın həbsi uzandı

Bəxtiyar Hacıyev çağırışı

Prezidentə Bəxtiyar və Əvəz müraciəti

Bəxtiyar Hacıyevin məhbəs məktubu

Bəxtiyar Hacıyev qərarı dəyişmədi

Bəxtiyarın müayinəsi: rəsmi müraciət olunub

Ömrün mərmər ölçüləri

  • 31 Yanvar 2023
  • comments

Ünvanlı yardım əhali güzgüsündə

  • 31 Yanvar 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda