• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əvəz Zeynallının saxlanma yeri dəyişir

  • 31 Yanvar 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Məhbus jurnalist Əvəz Zeynallı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Penitensiar Xidmətin müəssisəsinə – Bakı İstintaq Təcridxanasına köçürülür. Yanvarın 31-də “Turan”a danışan yoldaşı Məlahət Zeynallı deyib ki, fevralın 1-də ona görüş verilməlidir.

Tutulandan bəri jurnalistin ailə üzvləri ilə görüşlərinə və telefonla danışmasına yasaq hökm sürür.

Yanvarın 31-də Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədovun qəbul etdiyi Məlahət Zeynallıya axtarış zamanı evlərindən götürülən kompüterinin, diktofonunun və mobil telefonunun qaytarılacağı vəd olunub, ancaq qızlarının təhsil haqqı üçün nəzərdə tutulan pulun qaytarılması hələ həllini tapmayıb.

Əvəz Zeynallının səhhətində ciddi problemlər olduğunu vurğulayan Məlahət Zeynallı deyib ki, yoldaşının gözündə tibbi əməliyyata ehtiyac var.

1969-cu il təvəllüdlü Əvəz Zeynallı bir neçə qəzetin yazarı, “Vətəndaş həmrəyliyi” və “Xural” qəzetlərinin baş redaktoru olub.

Jurnalist 2011-ci il oktyabrın 28-də həbs edilib. Külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum olunan Əvəz Zeynallı 2014-cü il dekabrın 30-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

2015-ci ildə Əvəz Zeynallı “Xural” internet televiziyasını təsis edib.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da, vəkil Elçin Sadıqovla eyni gündə tutulub. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham edir.

Rəsmi açıqlamaya görə, jurnalist məhbus iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb. Sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində 4 aylıq həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

Sentyabrın 21-də jurnalistə vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb.

Dekabrın 29-da Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Əvəz Zeynallı barəsində həbs qətimkan tədbirinin müddətini 3 ay uzadıb.

Əvəz Zeynallıya ittiham vəkili də həbsə apardı

Həbsin əks-sədası

Əvəz Zeynallı həbsdə saxlandı

Elçin Sadıqov həbsdən çıxdı

Əvəz Zeynallı evə buraxılmadı

Əvəz Zeynallıya yeni ittihamın detalları

Prezidentə Əvəz Zeynallı müraciəti

Əvəz Zeynallı vəzifəli şəxsdirmi?

Elçin Sadıqov: “Vəkillik fəaliyyətim təhlükədədir”

Vəkilin şikayətinə baxılacaq

Qadağa qüvvədə qaldı

Elçin Sadıqovun müraciətinə baxılacaq

Məhkəmə vəkilə yox dedi

Əvəz Zeynallının həbs müddəti uzandı

Prezidentə Bəxtiyar və Əvəz müraciəti

Əvəz Zeynallının yoldaşı aksiya keçirib

Fövqəladə olaylar hesabatı

  • 31 Yanvar 2023
  • comments

“Avroviziya”: 10 təmsilçi bəllidir

  • 31 Yanvar 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

Son materiallar

comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda