• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bəxtiyarın müayinəsi: rəsmi müraciət olunub

  • 30 Yanvar 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirən məhbus fəal Bəxtiyar Hacıyevin səhhəti pisləşir. Vəkil Aqil Layicin yaydığı məlumata görə, Bəxtiyar Hacıyevin təcili müayinəyə ehtiyacı var, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə mülki həkimin təcridxanaya buraxılması xahişi ilə müraciət olunub.

Bəxtiyar Hacıyev təcridxananın tibbi bölümündə saxlanır.

Aqil Layic yazır ki, aclıq aksiyası hüquq sistemində zorakı olmayan, şəxsin ədalətə qovuşması üçün özünə və yaxınlarına verdiyi zərərdir: “Aclıq aksiyası keçirən insan ədalət tələb edir, ölüm istəmir. Belə şəxsin hər an yüksək keyfiyyətli tibbi yardıma, həkimə çıxış imkanı olmalıdır. Bəxtiyar Hacıyevin səhhəti müdafiəçilərini və yaxınlarını çox narahat etdiyi üçün özünün seçdiyi həkimin onu müayinə etməsinə şərait yaradılmalıdır”.

2022-ci il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçmiş Xətai Rayon Məhkəməsi 2023-cü il yanvarın 21-də həbs müddətini fevralın 28-dək uzadıb.

Bəxtiyar Hacıyevə xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. İstintaqı aparan Bakı Şəhər Baş Polis İdarəsinin iddiasına görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb.

Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə əsasən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq bir çox cəza, o cümlədən 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutur.

289.1-ci maddəyə görə, məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmənin maksimum cəzası 6 ayadək müddətə azadlıqdan məhrumetmədir.

Fəal ötən il dekabrın 15-dən 29-dək Bakı İstintaq Təcridxanasında azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirib, bu il yanvarın 9-dan yenidən aclıq edir.

Bəxtiyar Hacıyevin həbsindən, həbs müddətinin uzadılmasından Bakı Apellyasiya Məhkəməsinə şikayətlər, eləcə də həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi, əmlak girovu ilə azadlığa buraxılması cəhdləri fayda verməyib.

Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunu olan 1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.

Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?

Azadlıq tələbi

Bəxtiyar Hacıyev prosesi təyin olunub

Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı

Bəxtiyar Hacıyev aclığı davam etdirir

Vəkil Bəxtiyar Hacıyevə baş çəkdi

Ev dustaqlığı müraciəti

Bəxtiyar Hacıyevdən köçürülmək istəyi

Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə saxladı

Bəxtiyar Hacıyev çağırışı

Bəxtiyar Hacıyev: yeni proses, Avropa Məhkəməsindən qərar

Azadlıq çağırışı

Bəxtiyar Hacıyev yenə buraxılmadı

Bəxtiyar aksiyası

Əli Kərimli Bəxtiyar Hacıyevə səslənib

Azadlığa yeni cəhd

Bəxtiyar Hacıyev aclığı dayandırdı

Məhkəmədən Bəxtiyar qərarı

Bəxtiyar həbsdə qaldı, yenə aclıq qərarı verdi

Bəxtiyara ittihamlar yeniləndi

Bəxtiyarın səhhəti pisləşib

Bəxtiyarın həbsi uzandı

Bəxtiyar Hacıyev çağırışı

Prezidentə Bəxtiyar və Əvəz müraciəti

Bəxtiyar Hacıyevin məhbəs məktubu

Bəxtiyar Hacıyev qərarı dəyişmədi

Savaşlardan yayınmaq

  • 30 Yanvar 2023
  • comments

Ərdoğana kim rəqib olur?

  • 30 Yanvar 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Zəlzələ itkiləri

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Qazaxıstan Məclisinə 6 partiya düşür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Prezident seçkisi ikinci tura qaldı

GLOBALS:0
comments
ManşetXəbər

“Ermənistanın rahat yaşaması üçün bir şərt var”

GLOBALS:0

Tags

  • Hüquq
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Zəlzələ itkiləri

Son materiallar

comments
Dünyanın səsiXəbər

Zəlzələ itkiləri

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Qazaxıstan Məclisinə 6 partiya düşür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Prezident seçkisi ikinci tura qaldı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda