“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun yanvarın 26-da prezident imzası ilə dərc olunaraq qüvvəyə minib. Qanun mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılmasını, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin tərtibini nəzərdə tutur.
Novator.az bildirir ki, qanunun tətbiqi üzrə prezident fərmanında Nazirlər Kabinetinə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə layihəsini hazırlamaq, koordinasiya qrupunun tərkibi, səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında əsasnaməni, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısını, dövlət orqanlarının (qurumlarının) mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydalarını təsdiqləmək, qiymətləndirməni həyata keçirən qurumu müəyyən etmək tapşırılıb.