2022-ci ildə Azərbaycanın ixracının 3 milyard 47,6 milyon dolları qeyri neft-qaz sahələrinin payına düşüb. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi meyvə-tərəvəz ixracını 667,5 milyon dollar, kimya sənayesi məhsulları ixracını 386,9 milyon dollar, plastmas və ondan hazırlanan məmulatlar ixracını 386,2 milyon dollar, alüminium və ondan hazırlanan məmulatlar ixracını 217,5 milyon dollar, pambıq lifi ixracını 175,4 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatlar ixracını 136,5 milyon dollar göstərib.
Şəkər ixracı 38,8 milyon dollar, sement ixracı 34,9 milyon dollar, pambıq iplik ixracı 33,1 milyon dollar, alkoqollu və alkoqolsuz içkilər, sirkə ixracı 31 milyon dollar, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 30,5 milyon dollar, tərəvəz və meyvələrin emal məhsulları ixracı 24,7 milyon dollar, çay ixracı 11,5 milyon dollar dəyərində rəsmiləşib, 121,5 milyon dollarlıq elektrik enerjisi ixracı qeydə alınıb.