2022-ci ildə Azərbaycana 14,5 milyard dollar dəyərində idxal qeydə alınıb. Novator.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri 2,8 milyard dollarla birinci, yeyinti məhsulları 2,3 milyard dollarla ikinci, nəqliyyat vasitələri və onların hissələri 1,7 milyard dollarla üçüncü sırada qərar tutub.
Qara metallar və onlardan hazırlanan məmulatlar üzrə 1 milyard 39,8 milyon dollar, əczaçılıq məhsulları üzrə 652,9 milyon dollar, plastmas və onlardan hazırlanan məmulatlar üzrə 486,6 milyon dollar, oduncaq və ondan hazırlanan məmulatlar üzrə 384,6 milyon dollar, geyim və geyim ləvazimatı üzrə 290,6 milyon dollar, mebel və onun hissələri üzrə 117,1 milyon dollar idxal rəsmiləşib.
Tütün və tütün məmulatları idxalı 97,1 milyon dollar, gübrə idxalı 87,4 milyon dollar, başqa mal və məhsulların idxalı 4,3 milyard dollar göstərilir.