Yanvarın 27-də Bakı Apellyasiya Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılmasından şikayətə baxıb. Novator.az-ın məlumatına görə, şikayət təmin olunmayıb, ilkin məhkəmə instansiyasının qərarı qüvvədə qalıb.
2022-ci il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçmiş Xətai Rayon Məhkəməsi 2023-cü il yanvarın 21-də həbs müddətini fevralın 28-dək uzadıb. Müdafiəçiləri Bakı Apellyasiya Məhkəməsinə müraciətdə 21 yanvar qərarının ləğvini, fəalın azadlığa buraxılmasını istəmişdi.
Bəxtiyar Hacıyevə xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. İstintaqı aparan Bakı Şəhər Baş Polis İdarəsinin iddiasına görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb.
Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə əsasən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq bir çox cəza, o cümlədən 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutur.
289.1-ci maddəyə görə, məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmənin maksimum cəzası 6 ayadək müddətə azadlıqdan məhrumetmədir.
Fəal ötən il dekabrın 15-dən 29-dək Bakı İstintaq Təcridxanasında azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirib, bu il yanvarın 9-dan yenidən aclıq edir.
Bəxtiyar Hacıyevin həbsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət, eləcə də həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi, əmlak girovu ilə azadlığa buraxılması cəhdləri fayda verməyib.
Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunu olan 1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.
Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?
Bəxtiyar Hacıyev prosesi təyin olunub
Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı
Bəxtiyar Hacıyev aclığı davam etdirir
Vəkil Bəxtiyar Hacıyevə baş çəkdi
Bəxtiyar Hacıyevdən köçürülmək istəyi
Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə saxladı
Bəxtiyar Hacıyev: yeni proses, Avropa Məhkəməsindən qərar
Bəxtiyar Hacıyev yenə buraxılmadı
Əli Kərimli Bəxtiyar Hacıyevə səslənib
Bəxtiyar Hacıyev aclığı dayandırdı
Bəxtiyar həbsdə qaldı, yenə aclıq qərarı verdi
Bəxtiyara ittihamlar yeniləndi