Energetika Nazirliyinin 27 yanvar məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 89,94 dollara satılır. Bu, büdcədə nəzərdə tutulandan 39,94 dollar yuxarı qiymətdir.
2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99 dollarla başlayıb.
Beynəlxalq razılaşma Azərbaycanın gündəlik xam neft hasilatını 684 min barrel müəyyən edib.