Baş nazirin müavini Əli Əhmədov “Şərəf” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev yanvarın 26-da imzaladığı sərəncamda təltifi Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak və dövlət qulluğunda səmərəli fəaliyyətlə əsaslandırıb.
Yanvarın 27-də Əli Əhmədovun 70 yaşı tamam olur.
Novator.az bildirir ki, Əli Əhmədov 1953-cü ildə doğulub. Moskva Tarix İnstitutunu bitirib. Fəlsəfə üzrə fəlsəfə doktoru, professordur.
Prezidentin İcra Aparatında şöbə müdirinin müavini, Xətai Rayon İcra Hakimiyyətinin başçısı olub, 2000, 2005 və 2010-cu illərdə Milli Məclisə mandat alıb.
Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. Baş nazir müavini postunu 2013-cü ildən tutur.
“Şöhrət” ordeni laureatıdır.