• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Erkin Qədirli qəzəbə tuş gəlir

  • 26 Yanvar 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Yanvarın 25-də Respublikaçı Alternativ Partiyasının üzvü, Milli Məclisin deputatı Erkin Qədirlinin bloqçu Mehman Hüseynova verdiyi açıqlama yayılıb. Mehman Hüseynovun “Mənə Milli Məclisdən bir deputat adı deyin ki, həqiqətən da xalqın səsini qazanıb” təklifinə Erkin Qədirli belə cavab verib: “Vallah, onu heç özüm haqqında da deyə bilmərəm. Demokratik seçki olsa, onda əminliklə demək olar. Amma demokratik seçki yoxdur axı bizdə”.

Novator.az bildirir ki, 1972-ci il təvəllüdlü Erkin Qədirli hüquqşünasdır. Parlamentə 2020-ci il fevralın 9-da keçirilmiş növbədənkənar seçkidə 16 saylı Yasamal dairəsindən mandat alıb.

Report.az-ın məlumatına görə, Ana Vətən Partiyasının sədri, Milli Məclisin 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatı, İntizam Komissiyasının üzvü Fəzail Ağamalı Erkin Qədirlinin sözlərinə sərt reaksiya verib, onu “arqumentə, reallığa söykənmədən xalqın etimadını qazanan bütün deputatların seçimini, Azərbaycanda gedən demokratik prosesləri şübhə altında qoymaqda” günahlandırıb: “Bu, illərdən bəri Azərbaycana qarşı fəaliyyət göstərən, şər, böhtan, iftira yağdıran anti-Azərbaycan qüvvələrin içərisində yer almaq deməkdir. Erkin Qədirli həqiqətən də demokratik yolla deputat seçilməyibsə, onda mandatından imtina etməli idi. Bununla da özünün indi dediyi fikirlərə uyğun addım atmış olardı. Ancaq mandatdan, onun verdiyi səlahiyyətlərdən istifadə edib, Milli Məclisin plenar və komitə iclaslarında iştirakla özünü cəmiyyətə tanıdıb, sonra ölkədə gedən demokratik proseslərə böhtan atmaq heç bir dəyərə, qərəzsiz və səmimi fikirlərə söykənmir. Erkin Qədirlinin fikirlərini rədd edir, dediklərini özümə qarşı böhtan kimi dəyərləndirirəm”.

Özünün “Facebook” səhifəsində şərh yayan Milli Məclis sədrinin müavini Adil Əliyev də (20 saylı Nərimanov dairəsindən mandat alıb) Erkin Qədirlini qınayıb: “Demokratik yolla seçilmədiyinizi bildirirsinizsə, nədən Milli Məclisin işində iştirak edirsiniz? Uzaqbaşı cavab verə bilərdiniz ki, “başqasının yerinə danışa bilmirəm, ancaq mən demokratik yolla seçilməmişəm”. Özünüzün seçildiyinizə əmin deyilsinizsə, ümumilikdə Azərbaycan parlamentinə niyə kölgə salırsınız? Axı Siz millət vəkili mandatı ilə tək parlamentin işində iştirak etmirsiniz, ölkəmizi müxtəlif beynəlxalq təşkilatlarda təmsil edir, konfrans və seminarlara qatılırsınız. Sizin məntiqsiz cavabınız indiki həssas məqamda Azərbaycana qarşı informasiya savaşını genişləndirən Ermənistan hakimiyyəti, erməni separatçılar, erməni lobbisi və onların arxasında olan mərkəzlərin işinə yarayır”.

Bir sıra başqa deputatlar da Erkin Qədirlini qınayan açıqlamalar yayıblar.

Hazırda 118 üzvü olan parlamentdə hakim Yeni Azərbaycan Partiyası 69 nəfərlə təmsil olunur. Qanunverici orqanda bir neçə başqa partiyanın da təmsilçiliyi var, 40-a yaxın deputat partiyasızdır.

Avropa İttifaqına ixrac statistikası

  • 26 Yanvar 2023
  • comments

Mehmanxana biznesinin gəliri 1,7 dəfə artıb

  • 26 Yanvar 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Yaxın paytaxtlarda mənzil neçəyədir?

GLOBALS:0
comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

GLOBALS:0
comments
Xəbər

Pozuntuların 1543 qərarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

Son materiallar

comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Yaxın paytaxtlarda mənzil neçəyədir?

GLOBALS:0
comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda