Dövlət Gömrük Komitəsi xarici ticarət hesabatı yayıb. Novator.az bildirir ki, statistikaya görə, 2022-ci ildə Azərbaycan 185 ölkə ilə ticarət aparıb, 38 milyard 146,6 milyon dollarlıq ixrac, 14 milyard 539,8 milyon dollarlıq idxal rəsmiləşib, gömrükdən dövlət büdcəsinə 5 milyard 654,6 milyon manat vəsait ödənib.
İxracın 92,01 faizinin neft-qaz sektoruna aid olduğu, idxalda ən böyük payın (19,8 faiz) maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrini əhatə etdiyi vurğulanır.
Məlumata əsasən, ixracın 4,3 faizi MDB ölkələrinə, 65,6 faizi Avropa İttifaqı ölkələrinə, 30,1 faizi başqa ölkələrə yönəlib, idxalda MDB-nin payı 30,4 faiz, Avropa İttifaqının payı 16 faiz, başqa ölkələrin payı 53,6 faiz olub.
Ticarət dövriyyəsində və ixracda əsas tərəfdaş kimi İtaliya, idxalda əsas tərəfdaş kimi Rusiya göstərilir.