• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli Əliyev: dördüncü cəza qüvvədə qaldı

  • 25 Yanvar 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Yanvarın 25-də Bakı Apellyasiya Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının sədri, məhbus Əli Əliyevin şikayəti üzrə qərar verib. Novator.az bildirir ki, şikayət təmin olunmayıb, Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il hökmü qüvvədə qalıb. Həmin hökmlə Əli Əliyev qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. İddiaya görə, Bakı İstintaq Təcridxanasında saxlanan Əli Əliyev 2022-ci il avqustun 23-də kamera yoldaşına fiziki təzyiq göstərib.

Əli Əliyev 2022-ci il yanvarın 13-dən həbsdədir.

2021-ci il noyabrın 30-u Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi vertolyotu qəzaya uğrayıb, 14 nəfər həlak olub, polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov xəsarətlər alıb. Əli Əliyev internetdə yayılan bir müsahibəsində Emil Cəfərov və Ramin Ədilovun qəzaya uğramış vertolyotda olmadıqları iddiasını irəli sürüb. Hərbçilər bu iddianı şərəf və ləyaqətlərinin alçaldılması, nüfuzlarına zərbə sayaraq məhkəməyə üz tutublar. Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətlərdə siyasətçinin böhtana görə məsuliyyətə cəlb olunması istənib.

Əli Əliyev Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm Emil Cəfərovun şikayəti əsasında çıxarılıb, siyasətçi həmin gün tutulub.

Aprelin 15-də Yasamal Rayon Məhkəməsi Ramin Ədilovun şikayəti üzrə prosesi bitirib. Siyasətçiyə əvvəlki hökm nəzərə alınmaqla qəti olaraq 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

İyunun 23-də Yasamal Rayon Məhkəməsi hakim Yeni Azərbaycan Partiyasının sabiq üzvü Ramiz Göyüşovun xüsusi ittiham qaydasında müraciətini nəzərə alaraq Əli Əliyevi təhqirdə təqsirli bilib, ona 6 aylıq azadlıqdan məhrumetmə cəzası kəsib. Əvvəlki iki hökm nəzərə alınmaqla Əli Əliyevin ümumi həbs müddəti 1 il müəyyən edilib.

1967-ci il təvəllüdlü Əli Əliyev 1989-cu ildən siyasi fəaliyyətlə məşğuldur. Azərbaycan Xalq Cəbhəsinin üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının liderlərindən olub.

Vətəndaş və İnkişaf Partiyası 2007-ci ildə dövlət qeydiyyatına alınıb.

Əli Əliyev həbs olundu

Əli Əliyevə azadlıq tələbləri

Əli Əliyev: cəmiyyətə və hakimiyyətə çağırış var

Əli Əliyev həbsdə qaldı

Əli Əliyev: ikinci məhkəmə uzanır

Əli Əliyevə yeni hökm oxundu

Əli Əliyev: yeni şikayətdə nə istənir?

Əli Əliyevin işi apellyasiya çəkişməsində

Əli Əliyev: hökm dəyişmədi

Əli Əliyevə yeni cəza gəlir?

Əli Əliyevin üçüncü məhkəməsi

Əli Əliyev aclığa başlayıb

Əli Əliyev tələbi, yeni aksiya

Ali Məhkəmə Əli Əliyevi həbsdə saxladı

Əli Əliyevin cəza müddəti 1 ilə qalxdı

Əli Əliyev hökmü dəyişmədi

Əli Əliyevə yeni iş?

Əli Əliyevə hansı ittiham verilib?

Əli Əliyevə dördüncü hökm

Əli Əliyevin şikayətinə baxılacaq

Aylar üzrə ixrac-idxal

  • 25 Yanvar 2023
  • comments

Azərbaycanın əsas ticarət tərəfdaşları

  • 26 Yanvar 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Putin qorxu yaradır – CNN

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Dünya mediasından

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ştirnerdən Bazarova anarxizm

GLOBALS:0
comments
Xəbər

Koronavirus statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Putin qorxu yaradır – CNN

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Putin qorxu yaradır – CNN

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Dünya mediasından

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ştirnerdən Bazarova anarxizm

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda