• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xalq Partiyası əngəllə üzləşib

  • 24 Yanvar 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn qurumun son qurultayının nəticələrinin Ədliyyə Nazirliyində qeydə alınmasının uzadılmasından şikayətlənir.

1999-cu ildən dövlət qeydiyyatında olan Azərbaycan Xalq Partiyası 2022-ci il dekabrın 11-i Bakıda 5-ci qurultayını keçirib, nizamnamə və proqram yenilənib, Pənah Hüseyn yenidən sədr seçilib.

Novator.az bildirir ki, 1957-ci il təvəllüdlü Pənah Hüseyn milli azadlıq hərəkatının liderlərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl dövlət katibi, sonra baş nazir postlarını tutub.

1996-1997 və 2003-2005-ci illərdə həbsdə yatıb. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.

Partiya sədri yazır ki, 5-ci qurultayın nəticələrinin Ədliyyə Nazirliyində hüquqi fakt kimi qeydə alınması süni şəkildə uzadılır: “27 dekabr 2022-ci ildə yazılı şəkildə iki texniki çatışmazlıq – təqdim edilən sənədlərə nizamnamənin ilk redaksiyada əslinin əlavə edilməməsi, nizamnamənin yeni redaksiyasının titul səhifəsində qeydiyyat ili kimi 1999-cu il əvəzinə 1992-ci ilin getməsi əsas göstərilib. Bunlar düzəldilərək sənədlər yenidən təqdim olunub. 5 yanvar 2023-cü ildə sənədlər titul səhifəsində vəzifəli şəxsin düzgün göstərilməməsi və nizamnamədə sıralama uyğunsuzluğu qeydi ilə geri qaytarılıb.

Bu çatışmazlıqlar düzəldiləndən sonra, 23 yanvarda “Siyasi partiyalar haqqında” yeni qanuna istinad olunaraq tamamilə qanunsuz tələb irəli sürülüb. Tələbin yazılı şəkildə təqdim olunmasını gözləyirəm və alandan sonra nədən qanunsuz olduğunu göstərəcəm”.

Yanvarın 11-də prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” yeni qanunu imzalayaraq onun tətbiqinə fərman verib. Qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Əvvəlki qanun əsasında dövlət qeydiyyatına alınmış siyasi partiyalar 180 gün müddətində üzvlərinin sayını 5000 min nəfərə çatdırmalı, üzvlərinin reyestrini hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etməlidir.

Dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı düşdükdə qurum məhkəmə qərarı əsasında ləğv edilə bilər.

1992-ci ildən partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idi. Hazırda ölkədə 60 partiya dövlət qeydiyyatındadır.

Bakıdan Avropa umacağı

  • 24 Yanvar 2023
  • comments

Məntiq və hökumətin məntiqi

  • 24 Yanvar 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda