Ermənistanın Maliyyə Nazirliyi xarici borc statistikası yayıb. Novator.az bildirir ki, hesabata görə, 2023-ci ilin əvvəlinə ölkənin xarici borcu 6 milyard 451 milyon ABŞ dolları məbləğində rəsmiləşib.
2013-cü ilə Ermənistanın 3 milyard 739 milyon dollar xarici borcu olub.
2014-cü ilə 3 milyard 899 milyon dollar, 2015-ci ilə 3 milyard 792 milyon dollar, 2016-ci ilə 4 milyard 325 milyon dollar, 2017-ci ilə 4 milyard 803 milyon dollar, 2018-ci ilə 5 milyard 514 milyon dollar, 2019-cu ilə 5 milyard 536 milyon dollar, 2020-ci ilə 5 milyard 784 milyon dollar, 2021-ci ilə 6 milyard 59 milyon dollar, 2022-ci ilə 6 milyard 648 milyon dollar xarici borc qeydə alınıb.
Rəsmi sənədə görə, 2022-ci il iyulun 1-nə Azərbaycanın 7 milyard 167,1 milyon ABŞ dolları məbləğində xarici borcu olub.