Rəsmi statistikaya görə, 2023-cü il yanvarın 1-nə Azərbaycanın 1691 dövlət və 137 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 125 min uşaq tərbiyə alıb.
2022-2023-cü tədris ilinin əvvəlinə 4399 dövlət və 32 qeyri-dövlət ümumi təhsil müəssisəsində 1,7 milyon nəfərin oxuduğu, həmçinin sağlamlıq imkanları məhdud 6,9 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya sinfin fəaliyyət göstərdiyi bildirilir.
Orta ixtisas təhsili alanların sayı 64,6 min nəfər, bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən ali təhsil müəssisələrində, eləcə də elmi təşkilatda və tibb müəssisələrində təhsil alanların sayı 222,8 min nəfər göstərilir.
Ölkənin ali təhsil müəssisələrində 96 xarici ölkədən 7,1 min tələbənin təhsil aldığı vurğulanır.
Hesabata əsasən, 2022-2023-cü tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan 1004 nəfər tələbə qeydə alınıb.