• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tofiq Yaqublu azadlıqda

  • 22 Yanvar 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Novator.az bildirir ki, Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu yanvarın 22-də inzibati həbs müddətini başa vuraraq Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından evə buraxılıb.

Paytaxtda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr 2022-ci il aksiyasında tutulan Tofiq Yaqubluya 30 sutka inzibati həbs cəzası verilmişdi. Səbail Rayon Məhkəməsi onu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilmişdi. 2023-cü il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlamış və Tofiq Yaqublu Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində aclıq aksiyasına başlamış, səhhəti pisləşdiyi üçün yanvarın 11-də 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülmüşdü.

Tofiq Yaqublu aclıq aksiyasını həbsinin əsassız olması və məntəqədə görüşlərə, sovqat gətiriliməsinə əngəl yaradılması ilə əsaslandırıb.

Siyasətçinin həyat yoldaşı Maya Yaqublu və bir çox müxalif fəal da Tofiq Yaqubluya aclıqla dəstək verib.

1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır.

1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.

2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.

2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.

Siyasətçinin qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə, onun həyat yoldaşı, AXCP sədrinin müavini Seymur Həzi 2014-2019-cu illərdə həbsdə olub.

Tofiq Yaqublunun digər qızı, müsavatçı Nərgiz Yaqublu 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.

Siyasətçinin oğlu Rəhim Yaqublu İkinci Qarabağ müharibəsinin veteranıdır.

Tofiq Yaqubluya 30 sutka həbs cəzası verilib

Şikayət hazırlanır

Vəkil Tofiq Yaqubluya baş çəkib

İnzibati həbsdən şikayət

Tofiq Yaqublu aclıq elan edib

Etiraz və nümunə

Tofiq Yaqublu: yoldaşı da aksiyaya başlayıb

Tofiq Yaqublu şərhləri

Vəkildən Tofiq Yaqublu sorağı

Tofiq Yaqubluya dəstək aksiyası böyüyür

Tofiq Yaqublu aksiyası: kimlər aclıq edir?

Həkim Tofiq Yaqublunun xəstəxanaya köçürülməsini təklif edir

Tofiq Yaqublu xəstəxanaya köçürülüb

“Azadlıq Tofiq Yaqublunun haqqıdır”

Tofiq Yaqublu sistem köçürülməsindən imtina edib

Tofiq Yaqubluya baş çəkən var

Tofiq Yaqublunun oğlu medalla təltif olunub

Aclıq davam edir

Vəkil görüşə buraxılmadı

Tofiq Yaqubludan salamlar

Əli Kərimli Tofiq Yaqubluya səsləndi

Tofiq Yaqublu aclığı dayandırmaq çağırışlarına nə cavab verdi?

Tofiq Yaqublunun səhhəti pisləşir

Bəxtiyarın həbsi uzandı

  • 21 Yanvar 2023
  • comments

Koronavirus hesabatı

  • 23 Yanvar 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda