Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunun səhhəti pisləşir. İnzibati həbs cəzası almış siyasətçinin qızı Nigar Həzi yanvarın 19-u Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında atasına baş çəkəndən sonra belə yazır. O qeyd edir ki, atası tutulandan bəri 14 kiloqram çəki itirib: “Bənizi qaralır get-gedə. Oturduğu yerdə başı hərlənir, çox zəif görünür. Danışanda çətinlik çəkir, baş ağrıları var, gecələr yuxusuz qalır. Atanın həyatına çox ciddi təhlükə yaranıb. Dərhal azadlığa buraxılmasa, səhhətində problemlər daha da artacaq”.
Novator.az bildirir ki, paytaxtda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr 2022-ci il aksiyasında tutulan Tofiq Yaqubluya 30 sutka inzibati həbs cəzası verilib. Səbail Rayon Məhkəməsi onu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. 2023-cü il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb və Tofiq Yaqublu Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində aclıq aksiyasına başlayıb, səhhəti pisləşdiyi üçün yanvarın 11-də 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülüb.
Tofiq Yaqublu aclıq aksiyasını həbsinin əsassız olması və məntəqədə görüşlərə, sovqat gətiriliməsinə əngəl yaradılması ilə əsaslandırır.
Siyasətçinin həyat yoldaşı Maya Yaqublu da yanvarın 7-dən evdə (Bakının Qaraçuxur qəsəbəsi) aclıq edir. Bir çox müxalif fəal isə Müsavat Partiyasının paytaxtdakı mərkəzi qərargahında Tofiq Yaqubluya aclıqla dəstək verir.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.
Tofiq Yaqubluya 30 sutka həbs cəzası verilib
Vəkil Tofiq Yaqubluya baş çəkib
Tofiq Yaqublu: yoldaşı da aksiyaya başlayıb
Tofiq Yaqubluya dəstək aksiyası böyüyür
Tofiq Yaqublu aksiyası: kimlər aclıq edir?
Həkim Tofiq Yaqublunun xəstəxanaya köçürülməsini təklif edir
Tofiq Yaqublu xəstəxanaya köçürülüb
“Azadlıq Tofiq Yaqublunun haqqıdır”
Tofiq Yaqublu sistem köçürülməsindən imtina edib
Tofiq Yaqublunun oğlu medalla təltif olunub
Əli Kərimli Tofiq Yaqubluya səsləndi
Tofiq Yaqublu aclığı dayandırmaq çağırışlarına nə cavab verdi?