Dövlət Statistika Komitəsi 2022-ci il dekabrın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqını 829,9 manat göstərib. Novator.az bildirir ki, iqtisadi fəaliyyət növlərində orta maaş belə rəsmiləşib:
mədən sənayesi – 3250,1 manat;
maliyyə və sığorta fəaliyyəti – 2057,2 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1395 manat;
informasiya və rabitə – 1340,1 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1175,8 manat;
nəqliyyat və anbar təsərrüfatı – 1084,4 manat;
tikinti – 999,1 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 896,3 manat;
emal sənayesi – 762,3 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 750,1 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 688,8 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 654,9 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 645,1 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 633,2 manat;
təhsil – 627 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 572,3 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 504,1 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 482,6 manat;
digər sahələrdə xidmətlərin göstərilməsi – 885,7 manat.
Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manatdır.