Dövlət Statistika Komitəsi 2023-cü il yanvarın 1-nə iqtisadi fəal əhalinin sayını 5 milyon 358,4 min nəfər, onların 5 milyon 56,2 min nəfərini məşğul şəxslər kimi göstərib. Bu, 302,2 min rəsmi işsiz deməkdir.
Hesabata görə, 2022-ci il dekabrın 1-nə 1 milyon 732,5 min nəfər muzdlu işçi olub, onların 31,6 mini iqtisadiyyatın neft-qaz sektorunda, 1 milyon 700,9 min nəfəri qeyri neft-qaz sektorunda çalışıb.