• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İqtisadiyyatın pul kisəsi

  • 19 Yanvar 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

İqtisadçı Rövşən Ağayev 2022-ci ilin iqtisadi yekunları üzrə rəsmi rəqəmlərə nəzər salıb. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 2022-ci ildə neft-qaz sektorunun Azərbaycanda iqtisadi artıma real töhfəsi olmayıb: “İqtisadiyyatın 4,6 faiz böyüdüyü şəraitdə neft-qaz sektoru real olaraq 3 faiz azalıb. Amma neft sektorunun büdcəyə ödəmələri 2021-ci illə müqayisədə 1,8 milyard manata yaxın artaraq 15,3 milyard manata çatıb. İqtisadi artımın mühərriki olan qeyri-neft sektorunun artımı hesabına büdcəyə töhfəsi neft sektorunun töhfəsinin cəmi 25 faizi qədər olub. Yenə də büdcənin neftdən asılılığı 50 faiz ətrafında qərarlaşıb.

Vergi orqanlarının xətti ilə 7 milyard manat yaxın artan büdcə gəlirlərinin 75 faizini neft-qaz sektoru, 25 faizini qeyri-neft sektoru təmin edib.

Neft Fondunun büdcəsində yaranan təxminən 5 milyard dollar artıqlığın ölkənin valyuta ehtiyatlarının böyüməsinə verdiyi töhfə də öz yerində. Bir sözlə, 2022-ci ildə də neft-qaz sektoru iqtisadiyyat üçün pul kisəsi rolunu oynayıb.

İxracın artımına qeyri-neft sektorunun töhfəsi neft sektorunun töhfəsinin 40-da biri qədərdir.

Nominal ümumi daxili məhsulun formalaşmasında neft-qaz sektorunun payı 36 faizdən 48 faizə yüksəlib.

Dövlət Statistika Komitəsinin iqtisadi yekunlar hesabatından görünən odur ki, iqtisadi artımın hərəkətverici qüvvəsi tikinti və turizm olub. Bu sahələrin heç biri dayanıqlı iqtisadi artım üçün mənbə kimi qala bilmir.

Onlardan sonra nəqliyyat sektoru gəlir – xüsusən də boru kəmərləri vasitəsilə daşımalar.

Məşğulluqda təxminən 10 faiz payı olan tikinti və turizmin iqtisadi artıma töhfəsi məşğulluqda 60 faizə yaxın payı olan kənd təsərrüfatı, emal sənayesi və ticarət sektorlarından az qala iki dəfə çox olub”.

Sənayedə azalma, sərmayədə artım

Orta maaş nə qədər artıb?

Ticarət statistikası

İqtisadiyyatın ili, illəri

2022-ci ilin inflyasiya göstəricisi

Makroiqtisadi göstəricilər

“Bu ölkə yalnız müxalifət fəallarının vətəni deyil...

  • 19 Yanvar 2023
  • comments

Ermənistanda faciə istefa dalğasına gətirdi

  • 19 Yanvar 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda