Dövlət Statistika Komitəsi makroiqtisadi hesabat yayıb. Rəsmi məlumata görə, 2022-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 2021-ci ilə nisbətən 3,4 faiz (heyvandarlıq məhsulları istehsalı 3,4 faiz, bitkiçilik məhsulları istehsalı 3,3 faiz) artıb.
İctimai iaşə dövriyyəsinin real ifadədə 37 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyərinin real ifadədə 8 faiz, nəqliyyat sektorunda yük daşınmasının 12,8 faiz, sərnişin daşınmasının 33,5 faiz, informasiya və rabitə xidmətlərinin həcminin 14,8 faiz yüksəldiyi vurğulanır.
Hesabata əsasən, əhalinin gəlirləri nominal ifadədə 20,5 faiz artıb, dövlət büdcəsinə 30 milyard 660,6 milyon manat daxil olub, büdcədən 32 milyard 8,3 milyon manat vəsait xərclənib.
2022-ci il dekabrın 1-nə bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 20 milyard 218,7 milyon manat, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 11 milyard 588,6 milyon manat göstərilib.