• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“…Bu, etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır”

  • 18 Yanvar 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

AZƏRTAC prezident İlham Əliyevin yanvarın 17-si Davosda Çinin CGTN televiziya kanalına verdiyi müsahibənin mətnini yayıb.

Dövlət başçısı Azərbaycanla Çinin əməkdaşlığı üçün çox möhkəm platforma qurulduğunu deyib: “30 il ərzində davam edən siyasi münasibətlər bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik. Onların bəziləri müxtəlif sahələrdə artıq kifayət qədər fəaldır”.

İlham Əliyev qeyd edib ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir: “Xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlib. Bu da təbiidir və biz bunu anlayırıq. Lakin indi şaxələnmə barədə düşünmək, düşünmək yox, hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpa olunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək”.

Jurnalist Davosda keçirilən Dünya İqtisadi Forumunun mövzusunun “Parçalanmış dünyada əməkdaşlıq” olduğunu xatırladaraq prezidentə “Əməkdaşlığı çətinləşdirən nədir” sualı verib.

İlham Əliyevin cavabı belə olub: “Bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın, öz potensialının düzgün hesablanmaması, qarşınızdakının, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi. Bu, etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır. Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz. Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub”.

Tofiq Yaqublu aclığı dayandırmaq çağırışlarına nə ...

  • 18 Yanvar 2023
  • comments

Müsəlmanların Çinin əlinə oynaması uyğurları hiddə...

  • 19 Yanvar 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Yaxın paytaxtlarda mənzil neçəyədir?

GLOBALS:0
comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

GLOBALS:0
comments
Xəbər

Pozuntuların 1543 qərarı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

Son materiallar

comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Yaxın paytaxtlarda mənzil neçəyədir?

GLOBALS:0
comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda