Energetika Nazirliyinin 18 yanvar məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 91,23 dollara təklif olunur. Bu, ilin start qiymətindən 3,24 dollar yuxarı qiymətdir.
2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99 dollarla başlayıb.
Gündəlik xam neft hasilatı üzrə beynəlxalq razılaşma Azərbaycanın kvotasını 684 min barrel müəyyən edib.
Novator.az bildirir ki, 2008-ci ildə ölkədə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton neft çıxarılıb.