Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Pərakəndə ticarət şəbəkəsində xərclənən vəsaitin 51,6 faizinin ərzaq məhsullarının, 4,7 faizinin içkilər və tütün məmulatlarının payına düşdüyü, bir nəfərinin orta hesabla ayda 243,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188,6 manatlıq qeyri-ərzaq malları aldığı vurğulanır.
Başqa rəsmi açıqlamaya əsasən, Azərbaycanın hüquqi və fiziki şəxsləri 2022-ci ilin yanvar-noyabr aylarında 184 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 121 ölkəyə məhsul ixrac olunub, 172 ölkədən idxal gerçəkləşib. 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin faktiki qiymətlərlə 62,7 faiz, real ifadədə 7,9 faiz, ixracın 11,2 faiz, idxalın 1,2 faiz artdığı vurğulanır.