Dövlət Statistika Komitəsi illik hesabatlar yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, müəssisə və fərdi sahibkarlar 2022-ci ildə 86 milyard manatlıq, 2021-ci illə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsal edib, neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz düşüb, qeyri neft-qaz sektorunda 7,1 faiz yüksəlib.
Başqa bir açıqlamaya əsasən, 2022-ci ildə əsas kapitala 18 milyard 272,3 milyon manat məbləğində, 2021-ci ilə nəzərən 5,5 faiz çox vəsait yönəldilib, neft-qaz sektoruna investisiyalar 9,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsait 13,6 faiz artıb.