![]({"full":{"0":"2022\/07\/Manat.jpg","1":752,"2":445,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2022\/07\/Manat.jpg"}})
2022-ci il dekabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdlu işçilərin sayı 1 milyon 732,5 min nəfər olub, onların 903,3 min nəfəri dövlət sektorunda, 829,2 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-noyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 14,6 faiz artaraq 829,9 manata çatıb.
2023-cü ildən bütün pensiyalar orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək. Dövlət Statistika Komitəsi illik yekun rəqəmi fevral ayında açıqlayacaq.