“Avroviziya 2023” mahnı müsabiqəsinə qatılan 37 ölkənin 8-nin təmsilçisi bəllidir. Novator.az saytı Eurovision.tv-yə istinadla siyahını təqdim edir:
Albaniya – Albina Kelmendi və ailəsi
Belçika – Stef Kaers
Fransa – Fatimə Zəhra Hafdi
İsrail – Noa Kirel
Kipr – Endrü Lambrou
Niderland – Mixaya Nikolai və Dion Kuper
Sloveniya – “Joker Out” qrupu
Ukrayna – Andrey Qusulyak və Ceffri Kenni.
Beynəlxalq yarışda bu ölkələr də yer alacaq: Almaniya, Avstraliya, Avstriya, Azərbaycan, Böyük Britaniya, Çexiya, Danimarka, Ermənistan, Estoniya, Finlandiya, Gürcüstan, Xorvatiya, İrlandiya, İslandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, Latviya, Litva, Malta, Moldova, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Serbiya, Yunanıstan.
Liverpul şəhərinin ev sahibi olduğu müsabiqənin ilk yarımfinalı mayın 9-na, ikinci yarımfinalı mayın 11-nə, finalı mayın 13-nə təyin olunub.
İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışında İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç, Ukrayna 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə 2, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.
Azərbaycan qatıldığı 14 “Avroviziya” yarışının 13-də finala çıxıb. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yeri, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yeri, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yeri, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yeri, 2012-ci ildə Səbinə Babayeva 4-cü yeri, 2013-cü ildə Fərid Məmmədov 2-ci yeri, 2014-cü ildə Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yeri, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri, 2022-ci ildə Nadir Rüstəmli 16-cı yeri tutub.
“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib.