• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İşğalçı rejimdə yeni təyinatlar

  • 16 Yanvar 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

Azərbaycanın Yuxarı Qarabağ bölgəsindəki işğalçı rejimin “Milli Təhlükəsizlik Xidmətinin direktoru” dəyişib. Novator.az bildirir ki, rejimin başçısı Araik Arutunyanın yanvarın 16-da imzaladığı sənədlərlə Aşot Akopcanyanı Ararat Melkumyan əvəzləyib.

Ararat Melkumyan yanvarın 7-dən “Təhlükəsizlik Şurasının katibi” idi. Onun boşaldığı post Samvel Şahramanyana həvalə olunub.

İşğalçı rejimdə kadr yenilikləri 2022-ci ilin noyabr ayından aparılır. Proses noyabrın 4-də Ruben Vardanyanın “dövlət naziri” (hökumət başçısı) postuna təyinatı ilə başlayıb. 1968-ci ildə Ermənistanın paytaxtı Yerevanda doğulan Ruben Vardanyan Rusiyada sərmayə sektorunda fəaliyyət göstərən iş adamı kimi tanınıb, milyarderdir. O, 2022-ci il sentyabrın 1-də Qarabağa köçdüyünü açıqlayıb.

1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü il mayın 12-də elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və bu əməliyyatlar nəticəsində əldə edilən razılaşmalarla ərazilərin böyük hissəsi azad olunub.

Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin idarəçiliyindədir.

İşğalçı rejimdə 1991-ci ildən bəri 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.

Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik edib.

Araik Arutunyan rəhbərliyə 2020-ci il mayın 21-də gəlib.

Tofiq Yaqublunun oğlu medalla təltif olunub

  • 16 Yanvar 2023
  • comments

Miqrasiya pozuntuları: 19480 qərar qəbul olunub

  • 16 Yanvar 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda