• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Abu-Dabidə çıxış

  • 16 Yanvar 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

Prezident İlham Əliyev yanvarın 16-sı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Abu-Dabi Davamlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı deyib ki, Azərbaycan həm öz enerji tələbatını təmin edir, həm də xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir: “Bərpa olunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik, iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq.

İki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Cənubi Avropaya gedən boru kəmərləri sistemini qurub.

Təbii qaz ixracımız artır – ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq, artmaqda davam edəcək. Azərbaycanın bərpa olunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız ölkənin öz enerji təhlükəsizliyi ilə bağlı deyil.

Potensialımıza gəldikdə, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ilin Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Yəni 200 qiqavata yaxın potensial var. Əlbəttə, bizə kifayət qədər ixrac marşrutları lazımdır, bütün bu layihələri mərhələli şəkildə icra edirik”.

Prezident yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladığını qeyd edib: “Bu, qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bu, tamamilə icra olunandır, bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində “Masdar”la apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək.

Bütövlükdə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər bizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq.

Qeyd etdiyim kimi, bizə ixrac marşrutları lazımdır. Elə ötən ay – dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Qara dənizin Gürcüstan sahilindən Rumıniyaya qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” saziş imzaladılar. Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. Lakin bu kifayət etməyə bilər. Burada söhbət artıq razılaşdırılmış həcmlər barədə gedir. Planlarımız daha genişdir”.

Abu-Dabi Davamlılıq Həftəsi dayanıqlı inkişafı sürətləndirmək, iqtisadi, sosial və ekoloji tərəqqiyə nail olmaq üçün qlobal təşəbbüsdür. Yanvarın 16-da start götürən tədbirdə qida və su təhlükəsizliyi, enerjiyə çıxış, sənayenin dekarbonizasiyası, səhiyyə və iqlimə uyğunlaşma kimi mövzular müzakirə olunur.

Miqrasiya pozuntuları: 19480 qərar qəbul olunub

  • 16 Yanvar 2023
  • comments

Gömrük Komitəsi ötən ilə nöqtə qoydu

  • 16 Yanvar 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda