
Prezident İlham Əliyev yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib. AZƏRTAC xəbər verir ki, prezident paytaxt Abu-Dabidə həmkarı Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşüb, BMT Təhlükəsizlik Şurasının Cənubi Qafqaza aid müzakirələrində Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini deyib.
Prezidentlər hər iki ölkənin sülhsevər dövlətlər olduğunu, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində səylər göstərdiklərini vurğulayıbar. Söhbət zamanı Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirilib, əlaqələrin daha da genişləndirilməsinin vacib olduğu qeyd edilib.
İlham Əliyevin səfəri yanvarın 16-da start götürəcək, qida və su təhlükəsizliyi, enerjiyə çıxış, sənayenin dekarbonizasiyası, səhiyyə və iqlimə uyğunlaşma kimi mövzuların müzakirəyə çıxarılacağı Abu-Dabi Davamlılıq Həftəsi ilə bağlıdır. Abu-Dabi Davamlılıq Həftəsinin dayanıqlı inkişafı sürətləndirmək, iqtisadi, sosial və ekoloji tərəqqiyə nail olmaq üçün qlobal təşəbbüs olduğu bildirilir.