• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tofiq Yaqubluya baş çəkən var

  • 13 Yanvar 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Tibb elmləri doktoru Adil Qeybulla yanvarın 13-ü Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında siyasətçi Tofiq Yaqubluya baş çəkib. Tofiq Yaqublunun qızı Nigar Həzi həkimə istinadla bildirir ki, atasının durumu ağırdır, sistem köçürülməsinə icazə vermir, aclığı davam etdirir.

Tofiq Yaqublu 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yanvarın 11-də köçürülüb.

Bakıda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr 2022-ci il aksiyasında tutulan Tofiq Yaqublu 30 sutka inzibati həbs cəzası alıb. Səbail Rayon Məhkəməsi onu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. 2023-cü il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb və Tofiq Yaqublu Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində aclıq aksiyasına başlayıb, buna görə səhhəti pisləşib.

Tofiq Yaqublu aclıq aksiyasını həbsinin əsassız olması və məntəqədə görüşlərə, sovqat gətiriliməsinə əngəl yaradılması ilə əsaslandırır.

Siyasətçinin həyat yoldaşı Maya Yaqublu da yanvarın 7-dən evdə (Bakının Qaraçuxur qəsəbəsi) aclıq edir. Bir çox müxalif fəal isə Müsavat Partiyasının paytaxtdakı mərkəzi qərargahında Tofiq Yaqubluya aclıqla dəstək verir.

1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.

1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.

2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.

2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.

Tofiq Yaqubluya 30 sutka həbs cəzası verilib

Şikayət hazırlanır

Vəkil Tofiq Yaqubluya baş çəkib

İnzibati həbsdən şikayət

Tofiq Yaqublu aclıq elan edib

Etiraz və nümunə

Tofiq Yaqublu: yoldaşı da aksiyaya başlayıb

Tofiq Yaqublu şərhləri

Vəkildən Tofiq Yaqublu sorağı

Tofiq Yaqubluya dəstək aksiyası böyüyür

Tofiq Yaqublu aksiyası: kimlər aclıq edir?

Həkim Tofiq Yaqublunun xəstəxanaya köçürülməsini təklif edir

Tofiq Yaqublu xəstəxanaya köçürülüb

“Azadlıq Tofiq Yaqublunun haqqıdır”

Tofiq Yaqublu sistem köçürülməsindən imtina edib

Maaş, müavinət və təqaüd artımları

  • 13 Yanvar 2023
  • comments

15 ilin hasilatı

  • 13 Yanvar 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Artım, azalma, bazar

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
Xəbər

Hasilat hesabatı

GLOBALS:0
comments
Xəbər

Bitir…

GLOBALS:0

Tags

  • Hüquq
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Artım, azalma, bazar

Son materiallar

comments
Xəbər

Artım, azalma, bazar

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
Xəbər

Hasilat hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda