• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tofiq Yaqublu sistem köçürülməsindən imtina edib

  • 12 Yanvar 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Siyasətçi Tofiq Yaqublunun qızı Nigar Həzi açıqlama yayıb. O bildirir ki, yanvarın 12-si Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında atasına baş çəkib: “Ata dəhşətli dərəcədə arıqlayıb, sümükləri görünür. Bənizi çox solğun, özü halsızdır, başı gicəllənir. Dedi ki, ona sistem köçürməyə icazə vermir və aclığı davam etdirir. Atam tələbinin yerinə yetirilməsini – azadlığa buraxılmasını istəyir”.

Nigar Həzi əlavə edib ki, anası Maya Yaqublu da yanvarın 7-dən evdə aclıq aksiyası keçirir: “Ötən gecə ağrıları çox olduğu üçün yata bilməyib. Çox halsızdır, baş ağrıları artıb. Ancaq buna baxmayaraq aclığı dayandırmır. Deyir Tofiq nə zaman aclığı dayandırsa, mən də dayandıracam, onun haqqı bərpa olunana qədər mübarizə aparacam”.

Tofiq Yaqublu 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yanvarın 11-i axşam köçürülüb.

Tibb elmləri doktoru Adil Qeybulla yanvarın 12-də “Turan”a deyib ki, Tofiq Yaqublunun səhhəti müəyyən qədər sabitləşib, təzyiqi normallaşıb, hazırda həyatına təhlükə yoxdur: “Amma ümumilikdə səhhətini və yaşını nəzərə alanda aclıq onun həyatı üçün təhlükə törədə bilər. Ona görə tədbirlərin görülməsi zəruridir. Onun həbsdən azad edilib intensiv müalicəyə cəlb olunmasına ehtiyac var”.

Bakıda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr 2022-ci il aksiyasında tutulan Tofiq Yaqublu 30 sutka inzibati həbs cəzası alıb. Səbail Rayon Məhkəməsi onu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. 2023-cü il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb və Tofiq Yaqublu Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində aclıq aksiyasına başlayıb, buna görə səhhəti pisləşib.

Tofiq Yaqublu aclıq aksiyasını həbsinin əsassız olması və məntəqədə görüşlərə, sovqat gətiriliməsinə əngəl yaradılması ilə əsaslandırır.

1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.

1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.

2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.

2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.

Tofiq Yaqubluya 30 sutka həbs cəzası verilib

Şikayət hazırlanır

Vəkil Tofiq Yaqubluya baş çəkib

İnzibati həbsdən şikayət

Tofiq Yaqublu aclıq elan edib

Etiraz və nümunə

Tofiq Yaqublu: yoldaşı da aksiyaya başlayıb

Tofiq Yaqublu şərhləri

Vəkildən Tofiq Yaqublu sorağı

Tofiq Yaqubluya dəstək aksiyası böyüyür

Tofiq Yaqublu aksiyası: kimlər aclıq edir?

Həkim Tofiq Yaqublunun xəstəxanaya köçürülməsini təklif edir

Tofiq Yaqublu xəstəxanaya köçürülüb

“Azadlıq Tofiq Yaqublunun haqqıdır”

“Financial Times”: Çin Putini bitmiş sayır

  • 12 Yanvar 2023
  • comments

Partiyalar üçün 10 iyul həddi

  • 12 Yanvar 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda