Novator.az inzibati həbs qaydasına nəzər salıb.
İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati həbsin minimal müddəti 3 gün, maksimum müddəti 3 aydır. Birinci məhkəmə instansiyasının tətbiq etdiyi cəzadan apellyasiya şikayəti verilməsi mümkündür.
Hamilə qadınlar və ya himayəsində 14 yaşınadək uşağı olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, 60 yaşına çatmış qadınlar və 65 yaşına çatmış kişilər, habelə hərbi xidmət əleyhinə olmayan inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz.
İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.