Azərbaycanı yanvarın 8-dən bəri qarsan sərt hava yanvarın 12-dən mülayimləşməyə başlayıb. Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, yanvarın 13-ü Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçməsi gözlənir. Gecə 0-2, gündüz 3-6 dərəcə isti ehtimalı var.
Bölgələrə gəlincə, gecə və səhər bəzi yerlərdə sulu qar, qar, gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 3-8 dərəcə şaxta proqnozlaşdırılır.