Energetika Nazirliyinin 12 yanvar məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 87,52 dollara satılır. Bu, büdcədə nəzərdə tutulandan 37,52 dollar yuxarı qiymətdir.
2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99 dollarla başlayıb.
Beynəlxalq razılaşmaya əsasən, Azərbaycanın gündəlik xam neft hasilatı 684 min barreli ötə bilməz.
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 29,8 milyon ton neft hasil olunub.
Əvvəlki illərin hasilatı belə rəsmiləşib: 2008-ci il – 44,5 milyon ton, 2009-cu il – 50,4 milyon ton, 2010-cu il – 50,8 milyon ton, 2011-ci il – 45,6 milyon ton, 2012-ci il – 43,4 milyon ton, 2013-cü il – 43,5 milyon ton, 2014-cü il – 42 milyon ton, 2015-ci il – 41,6 milyon ton, 2016-cı il – 41 milyon ton, 2017-ci il – 38,7 milyon ton, 2018-ci il – 38,8 milyon ton, 2019-cu il – 37,4 milyon ton, 2020-ci il – 34,5 milyon ton, 2021-ci il – 34,6 milyon ton.