Azərbaycanda yanvarın 8-dən davam edən sərt hava şəraiti ilə bağlı yeni bilgi yayılıb. Milli Hidrometeorologiya Xidmətinin 10 yanvar məlumatına görə, ölkənin bir çox bölgəsinə arabir qar yağıb, bəzi yerlərdə intensivləşib. Qarın qalınlığının Lerikdə 24, Qaxda 22, Yardımlıda 20, Qəbələdə 19, İsmayıllıda 16, Qubada 15, Şəkidə 13, Qusar, Şamaxı və Oğuzda 11, Zaqatalada 10, Şabranda 9, Kürdəmir, Biləsuvar və Lənkəranda 8, Qobustan və Astarada 6, Daşkəsəndə 5, Ağsu, və Balakəndə 3, Xaçmaz və Göygöldə 2, Bakıda və Abşeron yarımadasında 8-10 santimetrə çatdığı vurğulanır.
Xəbərə əsasən, Bakıda və Abşeron yarımadasında 0-2, Aran rayonlarında 2, Naxçıvan Muxtar Respublikasında 8-13, dağlıq rayonlarda 18-23 dərəcə şaxta qeydə alınıb.
Yanvarın 11-nə olan hava proqnozunda qeyd edilir ki, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir qar yağacaq, axşam tədricən kəsiləcək. Gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın temperatur ehtimalı var.
Bəzi bölgələrdə qar, gecə 3-7 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 18-22, gündüz 7-12 dərəcə şaxta gözlənir.