• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ-da seçki böhranı

  • 06 Yanvar 2023
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

ABŞ Konqresinin alt qanadı olan Nümayəndələr Palatasına sədr seçkisi dalana dirənib. Novator.az-ın məlumatına görə, yanvarın 5-də keçirilmiş 11-ci səsvermə də nəticəsiz qalıb.

2022-ci il noyabrın 8-də yenidən formalaşan 435 nəfərlik Nümayəndələr Palatasında Respublikaçılar Partiyası 222, Demokratlar Partiyası 212 mandatla təmsil olunur, 1 yer boşdur. Respublikaçılar Partiyası sədr postuna Kevin Makkartini namizəd göstərib, amma qurumun daxilində ixtilaflar üzündən Kevin Makkarti gərəkli 218 səsi qazana bilmir. Kevin Makkartiyə sabiq prezident Donald Trampa yaxın partiyadaşlarının problem yaratdığı vurğulanır. Yanvarın 5-də keçirilmiş səsvermədə sədr postuna alternativ namizəd kimi göstərilmiş Donald Trampı yalnız 1 konqresmenin dəstəklədiyi xəbər verilir.

Nümayəndələr Palatasının sədri ABŞ-ın prezident və vitse-prezidentdən sonra üçüncü ali vəzifəli şəxsi sayılır. 1923-cü ildən sonra bütün sədrlər ilk turda seçilib.

ABŞ Konqresinin yuxarı palatası – Senat 100 nəfərdən ibarətdir. Senatda respublikaçıların 49, demokratların 48, müstəqillərin 3 yeri var.

50 ştat və 1 federal dairədən ibarət ABŞ-da paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsinin Konqresdə təmsilçiliyi yoxdur.

Nümayəndələr Palatasında ştatların təmsilçiliyi əhalinin sayına bağlıdır. Senata hər ştatdan 2 nəfər seçilir. Vitse-prezident Senatın sədri sayılır, ancaq səsverməyə yalnız səslər tən bölünən hallarda qatıla bilir.

2021-ci il yanvarın 20-dən ölkədə prezident postunu Demokratlar Partiyasından Cozef Bayden tutur.

Mənbə: Reuters.com

Dolların sabitliyi: 4 il 10 ay tamamlanır

  • 06 Yanvar 2023
  • comments

Büdcə: gəlir haradan gəlir?

  • 06 Yanvar 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda