“Qarabağ” üç baş üstün
UEFA Avropa Liqasının 2022-2023 mövsümündə Azərbaycanı təmsil edən “Qarabağ” G qrupunda ikinci oyununu keçirib. Novator.az-ın məlumatına görə, sentyabrın 15-i Bakıda “Nant”ı (Fransa) qəbul edən komanda üstün gəlib – 3:0. “Olimpiakos” (Yunanıstan) – “Frayburq” (Almaniya) matçı 0:3 hesabı ilə başa çat...
Məhkəməyə koronavirus əngəli
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Ədliyyə Nazirliyindən şikayəti üzrə prosesi qeyri-müəyyən müddətə təxirə salıb. Novator.az-ın məlumatına görə, sentyabrın 15-nə təyin olunmuş iclas başlayanda hakim Mirzə Tağızadənin koronavirusa yoluxduğu, çəkişmənin başq...
Şəhidlərin təvəllüdü
Ermənistanla sərhəddəki 12-14 sentyabr döyüşlərində Azərbaycanın 71 hərbi qulluqçusu şəhid olub. Novator.az bildirir ki, şəhidlərin 2-si 2004-cü il, 14-ü 2003-cü il, 4-ü 2002-ci il, 4-ü 2001-ci il, 3-ü 2000-ci il təvəllüdlüdür. 5 şəhid 1999-cu ildə, 6 şəhid 1998-ci ildə, 4 şəhid 1997-ci ildə, 7 şəhi...
Hasilat hesabatı, yeni qiymət
Energetika Nazirliyinin hesabatına görə, 2022-ci ilin avqust ayında Azərbaycanın gündəlik xam neft hasilatı 554 min barrel olub. Novator.az bildirir ki, gündəlik hasilat yanvarda 580,9 min barrel, fevralda 566,3 min barrel, martda 579,4 min barrel, apreldə 579,1 min barrel, mayda 571,3 min barrel, i...
Şəhidlərin siyahısı yeniləndi
Sentyabrın 15-də Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan sərhədindəki son döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını yayıb. Siyahıda 71 şəhidin adı yer alır: kapitan Qurbanov Saleh Möhübbәt oğlu kapitan Mehbalı Fәrid Kәmalәddin oğlu baş leytenant Bәdәlov Cavidan Zaur oğlu baş l...
Səmərqənd səfəri başlayıb
Sentyabrın 15-də prezident İlham Əliyevin Özbəkistanın Səmərqənd şəhərinə səfəri başlayıb. Dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitinə qatılacaq. AZƏRTAC xəbər verir ki, Səmərqənd aeroportunda qarşılanan İlham Əliyev sonra Özbəkistanın birinci prezidenti İslam Kərimovun məqb...
Ermənistanın yeni baş prokuroru and içdi
Ermənistanın yeni baş prokuroru Anna Vardapetyan parlamentin 15 sentyabr iclasında and içərək səlahiyyətlərinin icrasına başlayıb. O, ölkənin ilk qadın baş prokurorudur. Səlahiyyət müddəti 6 il olan baş prokuroru parlament seçir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən çox baş prokuror seçilə bilməz. N...
Sülh bəyanatına etiraz
Ermənistanda baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq gündəmə gəlib. Novator.az-ın məlumatına görə, sentyabrın 14-ü parlamentdə çıxış edən baş nazir Azərbaycanla sülh sənədi imzalanması ehtimalından danışıb, güzəştlərə eyham vurub. Bunun ardınca paytaxt Yerevanda etiraz dalğası baş qald...
Baş nazir gedir, hökumət dəyişir
İsveçin baş naziri Maqdalena Andersson istefa verir. Novator.az-ın məlumatına görə, siyasətçi hakim blokun sentyabrın 11-də keçirilmiş parlament seçkisində uduzduğunu vurğulayaraq hökumətin başqa qüvvələrə etibar olunacağını deyib. Sosial Demokrat Fəhlə Partiyasının lideri olan Maqdalena Andersson 2...
Çempionlar Liqasında turnir vəziyyəti
UEFA Çempionlar Liqasının 2022-2023 mövsümündə qrup raundunun iki turu geridə qalıb. Novator.az bildirir ki, qruplarda turnir sıralaması belədir: A qrupu – “Napoli”, “Liverpul”, “Ayaks”, “Reyncers”; B qrupu – “Brügge”, “Bayer”, “Atletiko”, “Portu”; C qrupu – “Bavariya”, “Barselona”, “İnter” (İtaliya...
Koronavirus statistikası
Ümumi hesabata görə, Azərbaycanda 818634 nəfər koronavirus infeksiyasına yoluxub, onların 9873-ü vəfat edib, 2060-ı aktiv xəstədir, qalanları müalicə olunaraq sağalıb. 2019-cu ilin dekabrında üzə çıxıb 230 ölkə, ərazi və məkana yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də q...
Putin Qafqazda sülhü qoruya bilərmi? – Qərb mediası
Britaniyalı politoloq Lourens Broers Qərb mediasına Azərbaycan-Ermənistan sərhədindəki son gərginliklə bağlı açıqlamalar verib. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Politico” qəzetinə danışan Lourens Broers xatırladıb ki, 2020-ci ildə Rusiya Qarabağda müharibəni dayandırmaq üçün bölgəyə sülhməraml...
Cənubi Qafqazda qeyri-müəyyənlik artır – “The Guardian”
Böyük Britaniyanın “The Guardian” qəzeti Azərbaycan-Ermənistan sərhədindəki son qanlı toqquşmalara toxunub. Sentyabrın 12-si gecə və sentyabrın 13-ü səhər Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində qanlı döyüşlər gedib. Azərbaycan Silahlı Qüvvələrinin 50 ...
Büdcənin aylar üzrə icrası
Novator.az 2022-ci ilin dövlət büdcəsinin yeddi aylıq icra statistikasına nəzər salıb: yanvar – 2 milyard 750,5 milyon manat gəlir, 983,4 milyon manat xərc; fevral – 1 milyard 879,1 milyon manat gəlir, 1 milyard 701,8 milyon manat xərc; mart – 2 milyard 383,5 milyon manat gəlir, 2 milyard 944,3 mily...
Yeni bufer zonaları yarana bilər – “Reuters”
“Ermənistanla Azərbaycan arasında silahlı toqquşmanın genişlənməsi Rusiya və Türkiyə kimi regional güclərin münaqişəyə cəlb olunması, neft və qaz nəqlində mühüm dəhliz sayılan, Ukrayna müharibəsinin enerji tədarükünü çətinləşdirdiyi bir dövrdə əhəmiyyəti daha da artan Cənubi Qafqazda sabitliyin pozu...
Fəaliyyət sahələrində orta maaş
Dövlət Statistika Komitəsi 2022-ci il avqustun 1-nə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqını 831,3 manat (neft-qaz sektorunda 3504,1 manat, qeyri neft-qaz sektorunda 780,2 manat, dövlət müəssisələrində 782,9 manat, özəl müəssisələrdə 886,4 manat) göstərib. Novator.az-ın məlumatına gör...
Doğum, ölüm, nikah və boşanma statistikası
Azərbaycan əhalisinin sayı 2022-ci il avqustun 1-nə 10 milyon 191 min 609 nəfərə çatıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-iyul aylarında 71491 doğulan körpə qeydə alınıb, onların 52,8 faizi oğlan, 47,2 faizi qızdır. Yeddi ayda 37183 ölümün, ...
Makroiqtisadi hesabat
Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az bildirir ki, hesabata görə, 2022-ci ilin yanvar-avqust aylarında kənd təsərrüfatının ümumi məhsulu ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz (heyvandarlıq məhsulları istehsalı 2,7 faiz, bitkiçilik məhsulları istehsalı 3,...
Şəhidlərin doğum illəri
Ermənistanla sərhədin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərindəki 12-13 sentyabr döyüşlərində Azərbaycan Ordusunun 42, Dövlət Sərhəd Xidmətinin 8 hərbi qulluqçusu şəhid olub. Novator.az bildirir ki, şəhidlərin 1-i 2004-cü il, 9-u 2003-cü il, 1-i 2001-ci il, 3-ü 2000-ci il təvəllüdlüdür....
Putin məğlub ola bilər – “The Telegraph”
Böyük Britaniyanın “The Telegraph” qəzetində “Qərb təmkinini itirməsə, Putin məğlub ola bilər” başlıqlı redaksiya məqaləsi dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirib təqdim edir. Ukrayna ordusu işğalçı rus qoşunlarını sıxışdırır. Belə bir vaxtda Almaniya kimi ölkələr Kremlin enerji ...