20 oktyabr qiyməti
Energetika Nazirliyinin 20 oktyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 93,27 dollara satılır. Novator.az bildirir ki, bu, büdcədə nəzərdə tutulandan 8,27 dollar yuxarı qiymətdir. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti əvvəl 50 dollardan götürülüb, iyulu...
9 ayda 8694 cinayət
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası doqquz aylıq hesabat yayıb. Rəsmi məlumata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında 8694 cinayət faktı aşkarlanıb, onların 2941-i narkotik vasitələrin qanunsuz satışı, 5286-sı narkotik vasitələrin q...
“Vaşinqton Post”: Koronaviruslu nəslin pandemiyadan sonrakı yükü
ABŞ-ın “Vaşinqton Post” qəzetində koronavirus infeksiyasının uzun sürən fəsadları ilə bağlı aparılmış elmi tədqiqatlara istinadla məqalə dərc olunub. Novator.az-ın məlumatına görə, redaksiya heyəti adından təqdim edilən “Koronaviruslu nəslin pandemiyadan sonrakı yükü” başlıqlı məqalədə deyilir ki, h...
Rəsmi Bakının yeni sözçüsü
Ayxan Elxan oğlu Hacızadə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri təyin edilib. Rəsmi məlumat oktyabrın 20-də yayılıb. 1981-ci il təvəllüdlü Ayxan Hacızadə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. ABŞ-ı...
Yubiley, toy
Jurnalist, ictimai-siyasi xadim İlham İsmayılın 65 yaşı tamam olur. 1957-ci il oktyabrın 22-si Tərtərin Sarıcalı kəndində doğulan İlham İsmayıl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib. 1981-ci ildən Bərdə Rayon Komsomol...
Yaxın ölkələrlə alış-veriş
Novator.az yaxın ölkələrlə ticarət göstəricilərinə nəzər salıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyəyə 2,7 milyard dollarlıq məhsul ixrac edib. Qalan yaxın ölkələrə ixrac belə rəsmiləşib: Rusiya – 627,5 milyon dollar Gürcüstan – 482,5 m...
Ukraynalılara demokratiya mükafatı
Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamenti 2022-ci ilin “Azad düşüncə mükafatı”na Ukrayna xalqını layiq görüb. Oktyabrın 19-da açıqlanan qərarda qeyd olunur ki, ukraynalılar demokratiyanı, qanun aliliyini qoruyur, Avropa naminə həyatlarını riskə atır. SSRİ dövrünün məşhur dissident...
Cəbrayıl, Qubadlı, Zəngilan ziyarətləri
Prezident İlham Əliyev oktyabrın 19-da Cəbrayıl və Qubadlı rayonlarına səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli-Cəbrayıl hissəsinin açılışında iştirak edib, Cəbrayıl rayonunda yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxal...
Putindən hərbi vəziyyət qərarı, başqa tədbirlər
Oktyabrın 19-da Rusiya prezidenti Vladimir Putin Ukraynadan qoparılmış Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində hərbi vəziyyət elan edib. Dövlət başçısı 7 bölgədə (Ukraynadan ilhaq olunmuş Krım bölgəsi, Krasnodar diyarı, Belqorod, Bryansk, Voronej, Kursk və Rostov vilayətləri) xüsusi vəz...
Prezident baş redaktorları görüşə çağırmışdı…
Şakir Yaqubov Adi iş günlərindən biriydi. Telefon zəng çaldı. Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Arif Əliyevdi: – Şənbə günü Prezident ölkənin yüksək tirajlı qəzetlərinin baş redaktorlarıyla görüşməyi planlaşdırır. “Səhər” qəzeti də bu qrupa daxildir. Ancaq mənə dedilər ki, b...
AXCP paytaxtın mərkəzinə aksiya təyin edib
AXCP oktyabrın 24-ü saat 16-da paytaxtın mərkəzində, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirmək istəyir. “Turan”ın məlumatına görə, aksiyanın əsas tələbi sərbəst toplaşmaq azadlığının təmin edilməsidir. Partiya sədri Əli Kərimli bildirir ki, paytaxt rəhbərliyinə xəbərdarlıq məkt...
Ölkə iqtisadiyyatları üçün proqnoz
Baş ofisi ABŞ-ın paytaxtı Vaşınqtonda yerləşən Beynəlxalq Valyuta Fondu 2022-ci ilin proqnozlarını yeniləyib. Novator.az bildirir ki, hesabata görə, 2022-ci ildə Azərbaycan iqtisadiyyatının 3,7 faiz böyümək imkanı var. Ermənistan üzrə artım proqnozu 7 faiz, Gürcüstan üzrə 9 faizidir. Estoniyada ümum...
Pensiya artımı: hələlik 14,3 faiz görünür
Rəsmi hesabata görə, 2022-ci il sentyabrın 1-nə Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 14,3 faiz artıb. Novator.az bildirir ki, bu, pensiyada mümkün artım göstəricisidir. Ölkədə əmək pensiyası orta maaşın illik artım tempinə uyğun indeksləşdirilir,...
Dörd partiyanın təklifləri
Milli İstiqlal Partiyası, Ağ Partiya, Böyük Azərbaycan Partiyası və Xalq Partiyasının rəhbərləri oktyabrın 18-i Bakıda “Azərbaycan – Ermənistan: sülh, ya müharibə?” mövzulu dinləmə keçirib. Xalq Partiyasının sədri Pənah Hüseyn bildirir ki, çıxışlarda Azərbaycanla Ermənistanın sülh danışıqları ...
Rusiyalılar niyə üsyana qalxmırlar? – “Deutsche Welle”
Almaniyanın “Doyçe Velle” (“Deutsche Welle”) kanalının internet səhifəsində “Rusiyalılar niyə azadlıq və demokratiyanın müdafiəsinə qalxmırlar?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi kanalın aparıcı əməkdaşlarından olan Miodraq Sorikdir. Novator.az saytı məqaləni ingiliscədən çevirib təqd...
Milli Şuradan etiraz, tələb
Demokratik Qüvvələrin Milli Şurası Qubadlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevlə bağlı bəyanat yayıb. Ukrayna vətəndaşı olan Elxan Nuriyev oktyabrın 2-si Polşada tutulub. Onun Azərbaycanda qəsdən adam öldürmə və vəzifə səlahiyyətlərini aşma ittihamları ilə beynəlxalq axtarışda oldu...
“Qızıl top”lu futbolçular
Novator.az “Qızıl top” mükafatı almış futbolçuların siyahısını təqdim edir: Lionel Messi (Argentina) – 7 mükafat Kriştiano Ronaldo (Portuqaliya) – 5 Yohan Kroyf (Niderland), Mişel Platini (Fransa), Marko van Basten (Niderland) – 3 Alfredo Di Stefano (İspaniya), Frans Bekkenbauer (A...
Azərbaycanın əsas ticarət tərəfdaşları
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Dövlət Gömrük Komitəsi bu ölkə ilə ticarət dövriyyəsini 14,7 milyard dollar göstərib. Novator.az bildirir ki, qalan əsas tərəfdaşlar dövriyyəyə görə belə sıralanıb: Türkiyə – 4,3 milyard dollar Rusiya – 2,5 mily...
Neftsiz ixracda əsas ölkələr
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 2,1 milyard dollarlıq qeyri-neft məhsulu ixrac edib. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi əsas ünvanları belə sıralayır: Rusiya – 602,1 milyon dollar, Türkiyə – 511,6 milyon dollar, Gürcüstan – 144,5 milyon dollar, İsveçrə – 136,2 mi...
İş və istirahət günləri qərarı
Nazirlər Kabineti iş və istirahət günləri ilə bağlı yeni qərar verib: 2022-ci ilin 7 noyabr iş günü (bazar ertəsi) ilə 5 noyabr istirahət gününün (şənbə) yerləri dəyişdirilib. Zəfər Günü (8 noyabr) çərşənbə axşamına, Dövlət Bayrağı Günü (9 noyabr) çərşənbəyə düşür. Beləliklə, ardıcıl 4 gün – 6...