“Uşaqlar dərsə getməməlidir?!”
Şakir Yaqubov …Bu əhvalatda tarix göstərməməyim heç mümkün deyil. “Kommunist” qəzeti redaksiya heyətinin 1987-ci il 22 iyul tarixli (!) iclasına dəvət olunmuşdum; orada, necə deyərlər, rentgendən keçirilmiş sümüklərimi dənələyəcək, haradasa bir qüsur kəşf eləməyə çalışacaq və sonda qərar verəc...
Şəfa diləyi
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın Azərbaycana 20 oktyabr səfərində yer almış nümayəndə heyətinin üç üzvü – hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzxan Dəmirçi Cəbrayıldan Zəngilana gedərkən avtomobil qəzasına düşüb...
Prokurorluq Xədicə İsmayıl işini bərpa edib
Baş Prokurorluq jurnalist Xədicə İsmayılın şikayəti əsasında cinayət araşdırmasını bərpa edib. Aihmaz.org qərarın oktyabrın 10-da qəbul olunduğunu xəbər verir. 2012-ci ildə jurnalistin yaşadığı mənzildə gizli çəkilmiş, şəxsi həyatını əks etdirən videolent yayılıb. Jurnalistin şəxsi həyatın toxunulma...
ADR Ali Məhkəməyə şikayət verib
Dövlət qeydiyyatına alınmaq mübarizəsini davam etdirən Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Ali Məhkəməyə üz tutub. Novator.az-ın məlumatına görə, partiya sədri Qubad İbadoğlu bildirir ki, siyasi hakimiyyət qurumun qeydiyyatına hər vasitə ilə mane olur və bu prosesə məhkəmələri də qoşur: ...
Büdcənin doqquz ayı
Maliyyə Nazirliyi 2022-ci ilin dövlət büdcəsinin yanvar-sentyabr aylarında necə icra olunduğunu açıqlayıb. Hesabata görə, doqquz ayda büdcənin mədaxili 22 milyard 401,4 milyon manat, xərcləri 20 milyard 470,7 milyon manat olub, 1 milyard 930,7 milyon manat artıqlıq yaranıb. Dövlət Vergi Xidmətinin x...
Azərbaycan az təhlükəli ölkələr siyahısında
Qlobal risklər üzrə yeni beynəlxalq hesabat (Global Risk Assessment) yayılıb. Novator.az bildirir ki, reytinq Moldova, Azərbaycan, Ermənistan və Türkmənistanı az təhlükəli ölkələr kimi göstərir. Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkiyə və İran orta təhlükə...
Yaşıl meydanlarda
Avropanın iki aparıcı milli futbol çempionatında növbəti turlara yekun vurulub. İngiltərə çempionatına 27 xalla “Arsenal” başçılıq edir. “Mançester Siti” və “Tottenhem” 23, “Çelsi” 20, “Mançester Yunayted” 19 xal yığıb. İspaniya çempionatında “Real” 28 xalla liderdir. “Barselona” 25, “Real Sosyedad”...
Koronavirus hesabatı
Rəsmi statistikaya görə, Azərbaycanda 822805 nəfər koronavirusa yoluxub, onların 9935-i vəfat edib, 384-ü aktiv xəstədir, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. 2020-ci il 218700 yoluxma,...
Azərbaycanın Avropa İttifaqına ixracı
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Avropa İttifaqına 19,3 milyard dollarlıq məhsul ixrac olunub. Novator.az ölkələr üzrə göstəriciləri təqdim edir: İtaliya – 14,5 milyard dollar Yunanıstan – 1 milyard 79,7 milyon dollar Xorvatiya – 687,1 m...
Britaniyanın baş naziri postdan gedir
Böyük Britaniyanın baş naziri Liz Trass oktyabrın 20-də istefa bəyanatı verib. O, vəzifəsinin öhdəsindən gəlmədiyini bəyan edib. Novator.az bildirir ki, 1975-ci il təvəllüdlü Liz Trass hakim Mühafizəkarlar Partiyasının lideridir. Ətraf mühit, ərzaq və kənd təsərrüfatı naziri, ədliyyə naziri, xarici ...
Bu dünyada kimin günü qara deyil?!.
Şakir Yaqubov “Atamın ölümündən iki il sonra Abbas Zamanovu Elmlər Akademiyasına müxbir üzv seçdilər. Onu təbrik edəndə mənə: – Kaş Rəsul sağ olaydı, – dedi. – Birinci məni o təbrik edəcəkdi. Özü də bilirsən nə deyəcəkdi? Deyəcəkdi: Abbas Zamanov, yəni bir fərli alim tapılmadı orda, səni seçdilər? –...
Bəraətə etiraz
İsveçrənin Federal Prokurorluğu Federal Cinayət Məhkəməsinin FİFA və UEFA-nın sabiq prezidentləri Jozef Blatterlə Mişel Platiniyə bəraət hökmü çıxarmasından şikayət verib. Apellyasiya instansiyasına müraciətdə hökmün ləğvi istənir. Xəbəri oktyabrın 20-də “France Press” agentliyi yayıb. Novator.az bi...
Ruben Vardanyan işğalçı rejimdə vəzifə tutmağa razılaşdı
İş adamı Ruben Vardanyan Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimdə “dövlət naziri” postu tutmağa razılaşıb. Novator.az-ın məlumatına görə, o, oktyabrın 20-də yaydığı açıqlamada fəaliyyətə noyabrın əvvəlində başlayacağını bəyan edib. 1968-ci ildə Ermənistanın paytaxtı Yerevanda doğulan Ruben ...
Ali Məhkəmədə Eldar Həsənov prosesi, qərar
Oktyabrın 20-si Ali Məhkəmə məhbus dövlət xadimi Eldar Həsənovun işi üzrə proses keçirib. Məhkəməyə şikayətdə Eldar Həsənova məxsus olduğu bildirilən əmlakların müsadirəsinin qanunsuz sayılaraq sahiblərinə qaytarılması istənmişdi. APA xəbər verir ki, 20 oktyabr prosesində şikayət qismən təmin edilib...
Ərdoğan Zəngilanda
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan oktyabrın 20-də Azərbaycana rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, ali qonaq yeni aeroportda – Zəngilan Beynəlxalq Hava Limanında qarşılanıb. O, Azərbaycan prezidenti İlham Əliyevlə birgə aeroportun açılış mərasiminə qatılıb. Zəngilan aeroportu işğaldan a...
Media Reyestrindən keçməyəni məhkəmə gözləyir
2022-ci il fevralın 8-də qüvvəyə minən “Media haqqında” qanun Media Reyestri tələbi qoyur. Bu işə Medianın İnkişafı Agentliyi məsuldur. Proses oktyabrın 14-də başlayıb. “Turan”a açıqlama verən agentlik rəsmisi Səidə Şəfiyeva deyib ki, “Media haqqında” qanunun 78.3-cü maddəsinə əsasən, qanun qüvvəyə ...
Gürcüstanda turizm gəliri 190,8 faiz artıb
Gürcüstanın Milli Turizm Administrasiyası yeni statistika yayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, ölkə 2022-ci ilin sentyabr ayında turizmdən 375,6 milyon dollar gəlir götürüb. Bu, 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 132,1 çoxdur. Yanvar-sentyabr ayları üzrə turizm gəliri 2,5 milyar...
Rövşən Ağayevin üç sualı
İqtisadçı, ictimai xadim Rövşən Ağayev replika yayıb. O qeyd edir ki, oktyabrın 19-da avtomobilinin qeydiyyatı üçün Baş Dövlət Yol Polisi İdarəsinin Ağcabədidəki regional texniki baxış qurumuna gedib: “Gördüklərimin və üzləşdiklərimin bircə adı biabırçılıqdır. Belə başa düşürəm hökumətin islahatları...
Bayram niyə bayram olunmur?
AXCP sədri Əli Kərimli oktyabrın 18-də Müstəqilliyin Bərpası Gününün dövlət səviyyəsində qeyd olunmamasından narazıdır. O yazır ki, hakimiyyət əvvəlcə Dövlət Müstəqilliyi Gününü iş günü etdirməklə faktiki olaraq bayramlar sırasından çıxardıb: “Ancaq oktyabrın 18-i təqvimimizdə bayram günü kimi qalır...