Noyabrda Azərbaycan nefti 10,29 dollar ucuzlaşıb
Energetika Nazirliyinin 30 noyabr açıqlamasına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 85,21 dollara təklif olunur. Novator.az bildirir ki, bu, ayın start qiymətindən 10,29 dollar aşağı qiymətdir. 2022-ci ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb, iyulun 1-də 85 dol...
Qeyri-neft ixracı 16,2 faiz artıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bildirir ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 2,4 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac olunub, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz artıb. Neftsiz ixracın əsas malları siyahısında karbamid ...
Partiya: yeni layihəyə etiraz, təklif
Bir qrup hüquqşünas, hüquq müdafiəçisi, siyasi fəal və vətəndaş cəmiyyəti təmsilçisi bəyanat yayıb. Bəyanatda Milli Məclisin müzakirəsində olan “Siyasi partiyalar haqqında” qanun layihəsinə etiraz yer alır: “Qanun layihəsinin siyasi partiyanın təsisi, qeydiyyatı, maliyyələşməsi, fəaliyyətinə nəzarət...
Gültəkin Hacıbəyli niyə saxlanıb?
Müxalifətin bir hissəsinin cəmləşdiyi Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli noyabrın 30-na keçən gecə Belçikadan qayıdarkən Bakının beynəlxalq hava limanında saxlanaraq Nəsimi Rayon Polis İdarəsinə aparılıb. “Turan”ın məlumatına görə, Gültəkin Hacıbəyl...
Bakıda orta maaş, başqa hesabatlar
Bakı Şəhər Statistika İdarəsi yeni makroiqtisadi göstəricilər yayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2022-ci il oktyabrın 1-nə paytaxtda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1065,5 manata çatıb. Yanvar-oktyabr ayları üzrə sənaye istehsalı və xidmətlərinin həcmi 64,4 milyard man...
Muxtar diyar
Novator.az Naxçıvan Muxtar Respublikası ilə bağlı qısa arayış hazırlayıb. Ölkə konstitusiyasına görə, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir, konstitusiya, qanunlar, prezident fərmanları və Nazirlər Kabinetinin qərarları muxtar respublika ərazisində məcbu...
Məzənnələrin 11 ayı
Novator.az xarici valyutaların rəsmi məzənnələrinin yanvar-noyabr aylarında necə dəyişməsinə nəzər salıb. Avro 2022-ci ilə 1,9191 manatla başlayıb, yanvarda zirvə 1,9506, fevralda 1,9494, martda 1,9039, apreldə 1,8810, mayda 1,8267, iyunda 1,8271, iyulda 1,7773, avqustda 1,7540, sentyabrda 1,7220, o...
Putinin ətrafında Haaqa xofu – “Daily Express”
Onlarca ölkə Rusiyanın Ukraynada törətdiyi əməllərin hərbi cinayət kimi araşdırılması üçün Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib. Əməllər hərbi cinayət kimi tanınsa, onda təqsirləndirilən adamlar Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası məkanında həb...
Partiya qanunu ilk oxunuşdan keçdi
Milli Məclisin 29 noyabr iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilk oxunuşdan keçib. Novator.az bildirir ki, layihəyə görə, partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Siyasi partiyanı Azərbaycanın tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı...
Bilmədiyin dildə tamaşanın dili
İsmayıl Rafiqoğlu Teatr tamaşasını bilmədiyin dildə izləmək başqa bir aləmdir. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Lev Tolstoyun povesti əsasında səhnələşdirilən “Kreyser sonatası”nı gürcü dilində izlədim. Əsl sənətin dili olmur və dili bilməyəndə də bir imkan qazanmış olur, tamaşanı emosi...
Neft büdcə qiymətindən aşağı düşüb
Energetika Nazirliyinin 29 noyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 84,03 dollara satılır. Novator.az bildirir ki, bu, büdcədə nəzərdə tutulandan 97 sent aşağı qiymətdir. 2022-ci ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb, iyulun 1-də 85 dollara qald...
Turizm göstəriciləri
Dövlət Statistika Komitəsi Dövlət Sərhəd Xidmətinə istinadla bildirir ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 176 ölkədən 1 milyon 323,2 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib: “Gələnlərin 27,4 faizi Rusiya, 19,4 faizi Türkiyə, 10,8 faizi İran, 6,8 faizi Səudiyyə Ərəbistan...
Bölgələrin kredit və əmanəti
Rəsmi statistikaya görə, 2022-ci il noyabrın 1-nə Bakıda 15 milyard 12,9 milyon manat kredit qeydə alınıb. Novator.az Mərkəzi Banka istinadla bildirir ki, başqa bölgələrin göstəriciləri belə olub: Abşeron-Xızı – 748,4 milyon manat Gəncə-Daşkəsən – 583,5 milyon manat Lənkəran-Astara – 440,9 milyon ma...
Si Cinpin ən çox nədən narahat olmalıdır? – “The Hill”
ABŞ-ın “The Hill” qəzetində “Si Cinpin ən çox nədən narahat olmalıdır?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Vaşinqtonda fəaliyyət göstərən ən nüfuzlu beyin mərkəzlərindən birinin – Atlantik Şurasının (Atlantic Council) baş məsləhətçisi Harlan Ullmandır. Novator.az saytı məqaləni ingilisc...
Parlament Cinayət Məcəlləsində yeniliklərə razılaşdı
Parlamentin 29 noyabr iclasında Cinayət Məcəlləsinə dəyişiklik layihəsi son oxunuşda qəbul edilib. Novator.az bildirir ki, yeniliyə əsasən, həm Azərbaycanda, həm də xarici dövlətdə cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmü ilə yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişi...
Hər 100 ailəyə neçə avtomobil?
Bakı Araşdırmalar İnstitutu Azərbaycanın ailə təsərrüfatları üzrə göstəricilər yayıb. Novator.az bildirir ki, rəsmi statistikaya əsaslanan hesabata görə, 2021-ci ildə hər 100 ailəyə 40,1 minik avtomobili düşüb. Əsas məişət avadanlıqları ilə hər 100 ailənin təminatı belə rəsmiləşib: soyuducu – 111,4 ...
Bölgüdə ədalət məsələsi
Prezident İlham Əliyev noyabrın 21-i hakim Yeni Azərbaycan Partiyasının 30 illik yubileyindəki çıxışında Azərbaycanda təbii sərvətlərdən əldə olunan gəlirlərin ədalətli bölüşdürüldüyünü vurğulayıb. Novator.az-ın məlumatına görə, iqtisadçı, vətəndaş cəmiyyəti eksperti Rövşən Ağayev yazır ki, dövlət b...
Bank statistikası
Mərkəzi Bank yeni hesabatlar yayıb. Novator.az bildirir ki, statistikaya görə, 2022-ci il noyabrın 1-nə ölkədə 19 milyard 470,8 milyon manat kredit, 11 milyard 500 milyon manat əmanət rəsmiləşib. 2022-ci il 16 milyard 659,1 milyon manat kredit, 9 milyard 241,5 milyon manat əmanətlə başlamışdı. Rəsmi...
3 yüksəliş, 2 ələnmə
Noyabrın 20-dən Qətərdə keçirilən dünya futbol çempionatında qrup raundunun iki turu geridə qalıb. 32 milli komandanın yarışdığı çempionatda 1/8 finala qrupları ilk iki sırada bitirənlər adlayır. Novator.az bildirir ki, buna 3 komanda nail olub, 2 komanda isə ələnib: A qrupu Niderland – 4 xal Ekvado...
Yaxın ölkələrin koronavirus itkiləri
Worldometers.info-da yayılan beynəlxalq statistika koronavirus infeksiyasının 225 ölkə, ərazi və məkanda 6 milyon 637 mindən çox şəxsin həyatına son qoyduğunu göstərir. Noyabrın 29-na olan məlumata görə, Rusiyada 391890, İranda 144633, Ukraynada 110505, Türkiyədə 101400 itki qeydə alınıb. Novator.az...