“Vaşinqton Post”: qurban – Ukrayna, cəllad – Rusiya
“Avropanın tarixində belə hadisə çox olub. Təcavüzkarın mərmilərinin partlayış sədaları, tanklarının gurultusu özündən zəif qonşuda dəhşət və xaos yaradıb. Bu dəfə edam kötüyünə uzadılan qurban 44 milyonluq əhalisi ilə Ukrayna, cəllad isə Rusiyadır. Həmin irticaçı-təcavüzkar Rusiyanın hökmdarı Vladi...
Ermənistan: Baş Qərargah rəisi postdan çıxarıldı
General-leytenant Artak Davtyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi postundan çıxarılıb. Novator.az-ın məlumatına görə, prezident səlahiyyətlərini icra edən Alen Simonyan fevralın 24-də belə fərman imzalayıb. Artak Davtyan 1970-ci ildə doğulub. Moskva Ali Hərbi Məktəbini, Rusiya Müda...
“Nyu-York Tayms”: Həyasız hücuma bəraət yoxdur
ABŞ-ın “Nyu-York Tayms” qəzetində redaksiya heyəti adından “Həyasız hücuma bəraət yoxdur” başlıqlı məqalə dərc olunub. Məqalə Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlıdır. Novator.az-ın məlumatına görə, məqalədə vurğulanır ki, Rusiya prezidenti Vladimir Putin uzun bir oyuna girib: “Qərb bu oyuna ...
Prezidentdən KTMT açıqlaması
Fevralın 23-ü Moskvada, TASS agentliyində Rusiyanın bir qrup kütləvi informasiya vasitəsinin rəhbərləri ilə görüşən prezident İlham Əliyev Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yaxınlaşma planlarının olub-olmadığı barədə sualı cavablandırıb. Novator.az-ın məlumatına görə...
Borrel: “Avropa ən ağır saatlarını yaşayır”
“Avropa İkinci Dünya müharibəsi başa çatandan bəri ən ağır saatlarını yaşayır”. Novator.az-ın məlumatına görə, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Rusiyanın Ukraynaya hücumunu şərh edərkən belə deyib. Borrel Ukraynaya təcili yardım göstərilə...
Ukrayna Türkiyədən kömək istəyir
Rusiyanın hərbi təcavüzü ilə üzləşmiş Ukrayna Türkiyəyə müraciət edib. Novator.az-ın məlumatına görə, Ukraynanın Türkiyədə səfiri Vasili Bodnar “Tvitter” şəbəkəsində yazıb: “Mən Türkiyə rəhbərliyinə səslənirəm – Ukraynaya yardım edin. Çanaqqala boğazının bağlanmasını istəyirik. Rusiyaya qarşı ...
Məhbus jurnalistin cəzası azaldı
Fevralın 24-də Ali Məhkəmə məhbus jurnalist Polad Aslanovun şikayəti üzrə qərar çıxarıb. “Turan”ın məlumatına görə, jurnalistə kəsilmiş 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası 13 ilə endirilib. Xeberman.com və Press-az.com saytlarının baş redaktoru olan Polad Aslanovu 2019-cu il iyunun 12-də Dö...
Naxçıvanın sosial-iqtisadi göstəriciləri
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi yeni hesabat yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, 2022-ci ilin yanvarında muxtar respublikada 180,3 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da 2021-ci ilin ilk ayı ilə müqayisədə 1,1 faiz çoxdur. Hər bir nəfə...
Bayden: “Dünya Rusiyadan bunun hesabını soracaq”
ABŞ prezidenti Cozef Bayden Rusiyanın Ukraynaya hücumu ilə bağlı yazılı bəyanatla çıxış edib. Novator.az-ın məlumatına görə, Bayden bildirib: “Rusiya prezidenti Vladimir Putin bilərəkdən fəlakətə və insan təlafatına gətirib çıxaracaq bir müharibəyə başlayıb. Bu hücumun səbəb olacağı ölümlərə, dağınt...
Rusiya ilə müttəfiqlik iqtisadiyyata nə vəd edir?
İqtisadçı Rövşən Ağayev Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin iqtisadi aspektlərindən yazıb. Bəyannaməni prezidentlər İlham Əliyev və Vladimir Putin fevralın 22-si Moskvada imzalayıb. Novator.az-ın məlumatına görə, Rövşən Ağayev qeyd edir ki, Azərbaycan...
Yubiley günü
Müsavat Partiyasının başqanı Arif Hacılı siyasi xadim İsa Qəmbərin 65 illik yubileyindən yazıb. Novator.az-ın məlumatına görə, Arif Hacılı qeyd edir ki, 65 yaşın azı 35 ili Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, azadlığı uğrunda mübarizəyə həsr olunub: “İsa Qəmbər erməni separatizminin baş qald...
Əmr verdi, müharibə başladı
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas bölgəsində xüsusi hərbi əməliyyatlara əmr verib. Dövlət başçısı xalqa müraciətində əməliyyatların məqsədinin Ukraynanın silahsızlaşdırılması olduğunu bəyan edib. Səhər tezdən Donbas bölgəsində döyüşlər gedir. Ukraynanın başqa ərazilər...
Madlen Olbrayt: “Putin tarixi səhvə yol verir”
1997-2001-ci illərdə ABŞ-ın dövlət katibi olmuş Madlen Olbrayt “Nyu-York Tayms” qəzetində “Putin tarixi səhvə yol verir” başlıqlı məqalə ilə çıxış edib. Novator.az-ın məlumatına görə, məqalə Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adl...
Xocalı: soyqırımı harada tanıyırlar?
Xocalı soyqırımından 30 il ötür. Azərbaycanın Yuxarı Qarabağ bölgəsində rayon mərkəzi olan Xocalı şəhərini 1992-ci il fevralın 26-da ermənilər işğal edib. Xankəndidə yerləşmiş Rusiya hərbi alayının da iştirak etdiyi istilada 613 nəfər öldürülüb. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i ahı...
Böyük liqada
UEFA-nın əsas klub turniri olan Çempionlar Liqasında 1/8 finalın ilk yarısı bitib. Novator.az-ın məlumatına görə, fevralın 23-də keçirilmiş son iki matçda heç-heçə qeydə alınıb: “Atletiko” – “Mançester Yunayted” 1:1, “Benfika” – “Ayaks” 2:2. Əvvəlki oyunlar belə nəticələnib: PSJ – “Real” 1:0 “Sporti...
Xarici borcda nə qədər azalma var?
Maliyyə Nazirliyinin yeni hesabatına görə, 1 yanvar 2022-ci ilə Azərbaycanın xarici dövlət borcu 8 milyard 135,7 milyon ABŞ dollarına düşərək 2021-ci il üzrə ümumi daxili məhsulun 14,9 faizinə bərabər olub. Xarici dövlət borcunun bir ildə 685,8 milyon dollar azaldığı vurğulanır. 1 yanvar 2021-ci ilə...
NATO-nun baş katibi: “Biz indi ən təhlükəli məqamdayıq”
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya genişmiqyaslı hücum planlaşdırdığını bəyan edib və Moskvanı siyasi kursu dərhal dəyişməyə çağırıb. Novator.az saytı ABŞ-ın “Fox News” kanalına istinadla xəbər verir ki, Yens Stoltenberq jurnalistlərə açıqlamasında Rusiyanı diplomatiya yolunu s...
Yeni aclıq, tibbi yardım tələbi
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili fevralın 21-dən Rustavi şəhərindəki həbsxanada aclıq aksiyası keçirir. Novator.az-ın məlumatına görə, məhbus siyasətçi gərəkli tibbi yardım göstərilməsi tələbi qoyub. 1967-ci il təvəllüdlü Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 201...
Ukraynanın nə qədər ərazisi işğal olunub?
Novator.az Ukraynanın nə qədər ərazisinin işğalda olmasına nəzər salıb. 2014-cü ildə Rusiya Ukraynanın Krım Muxtar Respublikasını və Sevastopol şəhərini zəbt edərək özünə birləşdirib. Həmin il Rusiya Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də işğal edərək ərazidə separatçı rejimlər qurub. 20...
Rusiyalılar nə qədər pensiya arzulayır?
Rusiyalılar normal yaşaya bilmək üçün nə qədər pensiya almağı arzulayır? Novator.az-ın məlumatına görə, Rusiyanın “Sberbank” Açıq Səhmdar Cəmiyyəti nəzdindəki Müstəqil Pensiya Fondu suala cavab tapmaq üçün əhali arasında sorğu keçirib. Rusiya Federal Statistika Xidmətinin hesabatına əsasən, ölkədə o...