• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yalçın İmanov işi: Avropa Məhkəməsi suallar qoyub

  • 30 Dekabr 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Vəkillikdən uzaqlaşdırılmış hüquqşünas Yalçın İmanovun şikayətini araşdıran Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan dövləti ilə kommunikasiya aparır. Məhkəmənin ünvanladığı suallar Yalçın İmanovun Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan şəxsi həyata hörmət hüququna; ifadə azadlığı hüququna; mülkiyyət hüququndan dinc istifadəsinə müdaxilənin olub-olmadığını və başqa məsələləri əhatə edir.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.

Yalçın İmanov Avropa Məhkəməsinə 2019-cu ilin dekabr ayında şikayət göndərib.

Hüquqşünas 2007-ci ildən Vəkillər Kollegiyasının üzvü olub, siyasi məhbusların əsas müdafiəçilərindən biri kimi tanınıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Rəyasət Heyətinin qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi, siyasi məhbus kimi tanınan Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.

2019-cu il fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsi iş üzrə yekun qərar çıxarıb, Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verib. Mayın 17-də Gəncə Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb.

Gəncə İnzibati-İqtisadi Məhkəməsi ilkin baxış zamanı 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddianı icraata götürməyib. Bundan sonra Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə çəkişmələr aparsa da, nəticə əldə edə bilməyib.

Hüquqşünas Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə də şikayət edərək Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvini istəyib. Məhkəmə iddiaya baxmayıb. Sumqayıt Apellyasiya Məhkəməsi və Ali Məhkəmə bu qərardadı qüvvədə saxlayıb.

Ali Məhkəməyə son şikayətində Yalçın İmanov vəkillikdən uzaqlaşdırlıması qərarının ləğvini, Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan şəxsi həyata və ailə həyatına hörmət; fikri ifadə etmək azadlığı; yığıncaqlar və birləşmək azadlığı; hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri; mülkiyyətin müdafiəsi hüquqlarının pozuntusunu tanımağı istəyib. 2019-cu il oktyabrın 1-də Ali Məhkəmə şikayəti təmin etməyib, Yalçın İmanovun vəkillikdən uzaqlaşdırılması barədə qərar qüvvədə qalıb və hüquqşünas Avropa Məhkəməsinə üz tutub.

Çarmıxa çəkən kimdir, çarmıxa çəkilən kim?

Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırıldı

İradə Cavadova: “Yalçın İmanovun məsələsində töhmətə də yer yoxdur”

Milli Şuradan vəkillik çağırışı

Məhbus ailələri Yalçın İmanovla bağlı konfrans keçiriblər

Beynəlxalq təşkilat vəkil üçün ədalət istəyir

Yalçın İmanov cəza qərarını ala bilmir

Yalçın İmanov prosesi Gəncədə olacaq

Yalçın İmanovun işi: ilkin baxışda nə üzə çıxıb?

Yalçın İmanov Ali Məhkəməyə üz tutur

Hüquqşünasın işi yeni mərhələdə

İradəsiz kollegiya?

Yalçın İmanov prosesi təyin olunub

Yalçın İmanovun şikayətinə bu ay baxılacaq

Yalçın İmanovun şikayəti təmin olunmadı

Yalçın İmanovun şikayəti: yenə məhkəmə olacaq

Paytaxt məhkəməsi işi Sumqayıta göndərdi

Yalçın İmanovun işi: bir prosesin vaxtı bilindi

Yalçın İmanov: çəkişmələr davam edir

Məhkəmə Yalçın İmanovun iddiasına baxmağı mümkün saymadı

Yalçın İmanovun işi yekun qərara gedir

Məhkəmə Yalçın İmanovun vəkilliyinə xitam verdi

Məhkəmə Yalçın İmanovun şikayətinə baxacaq

Yalçın İmanov daha bir şikayət verib

Yalçın İmanovun işi: yenə “yox”

Yalçın İmanov Ali Məhkəməyə şikayət edib

Gəncədə Yalçın İmanovun şikayətinə baxılacaq

Yalçın İmanovun vəkilliyi: məhkəmə daha bir qərar verdi

Yalçın İmanovun işi Ali Məhkəmədə

Ali Məhkəmə hüquqşünasa yox dedi

Son çəkişmə. Məsələ Avropaya gedir

Vəkillik rəsmən bitdi

Yalçın İmanovun işi Avropa Məhkəməsinə göndərilib

2023-cü ilin büdcəsi

  • 30 Dekabr 2022
  • comments

İnzibati həbsdən şikayət

  • 30 Dekabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda