Novator.az xarici valyutaların rəsmi məzənnələrinin 2022-ci ildə necə dəyişməsinə nəzər salıb.
Avro ilə 1,9191 manatla başlayıb, yanvarda zirvə 1,9506, fevralda 1,9494, martda 1,9039, apreldə 1,8810, mayda 1,8267, iyunda 1,8271, iyulda 1,7773, avqustda 1,7540, sentyabrda 1,7220, oktyabrda 1,7125, noyabrda 1,7759, dekabrda 1,8114 manat olub.
Gürcüstan larisi ilə 0,5493 manatla girib, yanvarda yuxarı məzənnə 0,5583, fevralda 0,5812, martda 0,5485, apreldə 0,5630, mayda 0,5997, iyunda 0,5828, iyulda 0,6150, avqustda 0,6302, sentyabrda 0,6021, oktyabrda 0,6182, noyabrda 0,6297, dekabrda 0,6393 manat həddində rəsmiləşib.
Rusiya rublu yola 0,0225 manatla çıxıb. Yanvarda yüksək kurs 0,0229, fevralda 0,0227, martda 0,0204, apreldə 0,0234, mayda 0,0307, iyunda 0,0321, iyulda 0,0312, avqustda 0,0284, sentyabrda 0,0296, oktyabrda 0,0287, noyabrda 0,0281, dekabrda 0,0277 manat göstərilib.
Türkiyə lirəsi ilə 0,1263 manatla start verib, yanvarda məzənnə 0,1273, fevralda 0,1276, martda 0,1229, apreldə 0,1166, mayda 0,1152, iyunda 0,1037, iyulda 0,1018, avqustda 0,0951, sentyabrda 0,0934, oktyabrda 0,0917, noyabrda 0,0918, dekabrda 0,0913 manatı ötməyib.
Mərkəzi Bank 2015-ci ilin devalvasiyalarında ABŞ dollarının kursunu 0,7844 manatdan 1,5594 manata yüksəldib. 2016-cı ili 1,7707 manat, 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən 1,7 manata təklif olunur.
Manat valyuta hərraclarında qorunur. Dövlət Neft Fondu Mərkəzi Bankın 2022-ci ilin yanvar-noyabr aylarında keçirdiyi hərraclarda 4 milyard 589,4 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarda fonddan 727 milyon, fevralda 371,2 milyon, martda 526,2 milyon, apreldə 548,7 milyon, mayda 288 milyon, iyunda 278,1 milyon, iyulda 212,3 milyon, avqustda 440,5 milyon, sentyabrda 465,3 milyon, oktyabrda 321,9 milyon, noyabrda 410,2 milyon dollar alınıb.
Analoji satış həcmi 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard dollar göstərilib.