Prezident İlham Əliyev “2023-cü ilin dövlət büdcəsi haqqında” qanunu imzalayıb. Büdcədə 30 milyard 773,9 milyon manat gəlir, 33 milyard 353,3 milyon manat xərc nəzərdə tutulur. Novator.az xərc istiqamətlərini təqdim edir:
iqtisadi fəaliyyət – 6 milyard 891,2 milyon manat;
müdafiə və milli təhlükəsizlik – 5 milyard 331,2 milyon manat;
təhsil – 4 milyard 423,1 milyon manat;
sosial müdafiə və sosial təminat – 4 milyard 415,9 milyon manat;
ümumi dövlət xidmətləri – 3 milyard 808,2 milyon manat;
məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 2 milyard 762,9 milyon manat;
səhiyyə – 1 milyard 906,4 milyon manat;
kənd təsərrüfatı – 1 milyard 202,1 milyon manat;
mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 561,7 milyon manat;
ətraf mühitin mühafizəsi – 371,5 milyon manat;
mənzil və kommunal təsərrüfatı – 350,6 milyon manat;
əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 328,4 milyon manat.
Büdcə zərfinə başqa sənədlər də daxildir.
Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsində gəlirlər və xərclər 6 milyard 263,9 milyon manat, işsizlikdən sığorta fondunun büdcə layihəsində gəlirlər və xərclər 212,7 milyon manat göstərilir.
2023-cü il üçün yaşayış minimumu və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 246 manat götürülür.