• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Manat hara üzüb?

  • 28 Dekabr 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

İqtisadçı Rövşən Ağayev Mərkəzi Bankın hesabatlarına nəzər salıb. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, başa çatmaqda olan 2022-ci ildə Azərbaycan manatının qeyri-neft çəkili nominal effektiv məzənnəsi 13,6 faiz, real effektiv məzənnəsi 6,5 faiz bahalanıb: “Bu, idxal inflyasiyasının təzyiqini xəfiflədən, amma qeyri-neft ixracı üzrə rəqabət qabiliyyətinə neqativ təsir göstərən amildir.

Manatın qeyri-neft çəkili effektiv məzənnəsinin formalaşmasında həlledici rolu ölkənin qeyri-neft xarici ticarətinin təxminən 70 faizini formalaşdıran 7 əsas valyuta oynayıb: Türkiyə lirəsi, Rusiya rublu, Gürcüstan larisi, Qazaxıstan təngəsi, avro, Çin yuanı və İsveçrə frankı. Azərbaycan manatı onların 5-nə münasibətdə nominal olaraq bahalanıb, 2-nə münasibətdə ucuzlaşıb. Ucuzlaşma lariyə münasibətdə 14,4 faiz, rubla münasibətdə 22 faiz göstərilib. Lirə üzrə 31,6 faiz, yuan üzrə 11 faiz, avro üzrə 8,3 faiz, təngə üzrə 8 faiz, frank üzrə 3 faiz bahalanma qeydə alınıb.

Real effektiv məzənnə indeksinə təsir göstərən ikinci mühüm amil olan inflyasiyaya gəldikdə, 11 ayın yekunlarına görə, 7 ölkənin yalnız 2-də illik inflyasiya Azərbaycandan yüksək olub. Azərbaycanda 13,8 faiz, Qazaxıstanda 20 faiz, Türkiyədə 84 faiz inflyasiya rəsmiləşib.

Digər ölkələrin inflyasiya göstəriciləri belədir: Çin – 2,5 faiz, Gürcüstan – 10,5 faiz, avro məkanı – 10,7 faiz, Rusiya – 11 faiz, İsveçrə – 11,5 faiz.

Azərbaycanla xarici ticarətdə ən yüksək paya malik iki ölkədən biri olan Türkiyədə inflyasiyanın həddən artıq yüksək səviyyəsi manatın real effektiv bahalanma səviyyəsinə nisbətən azaldıcı təsir göstərib”.

Pənah Hüseynin müavinləri təyin olunub

  • 28 Dekabr 2022
  • comments

İran idman gücləri qarşısında – “Fox News”

  • 28 Dekabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda