• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyət

  • 28 Dekabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunmasına fərman verib. Dekabrın 28-də imzalanan fərmanla Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və kibercinayətkarlığa qarşı mübarizə sahəsində, habelə qurumun fəaliyyət istiqamətlərinə aid digər sahələrdə əməkdaşlığın səmərəliliyinin artırılması üçün mühüm əhəmiyyət kəsb edən xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələr təyin etmək səlahiyyəti alır.

Təyinatlar Xarici İşlər Nazirliyi və prezidentlə razılaşdırılmalıdır.

Nümayəndələr öz funksiyalarını təyin olunduqları diplomatik nümayəndəliklərinin tərkibində həyata keçirəcək. Onların saxlanma xərcləri (maddi-texniki, maliyyə və digər təminatları) dövlət büdcəsində DTX üçün nəzərdə tutulmuş vəsaitə bağlanır. Nümayəndələrə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərcləri də ödənəcək.

Nazirlər Kabineti xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrin diplomatik pasportla təmin olunmasına dair təkliflərini bir ay müddətində hazırlamalı, saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş qaydalarını iki ay müddətində təsdiqləməlidir.

Novator.az bildirir ki, milli təhlükəsizlik orqanının əsası 1919-cu ilin martında Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin kəşfiyyat və əks-kəşfiyyat bölmələri kimi qoyulub, iyun ayında isə Dövlət Müdafiə Komitəsi yanında Əksinqilabla Mübarizə Təşkilatı yaradılıb.

1920-ci ildə qurulan sovet rejimi dövründə Azərbaycanın xüsusi xidmət orqanı bu adları daşıyıb: Fövqəladə Komissiya, Dövlət Siyasi İdarəsi, Birləşmiş Dövlət Siyasi İdarəsi, Xalq Daxili İşlər Komissarlığı, Xalq Dövlət Təhlükəsizliyi Komissarlığı, Dövlət Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Təhlükəsizlik Nazirliyi təsis olunub. 2015-ci ilin dekabrında həmin nazirliyin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılmasına qərar verilib.

2019-cu il iyunun 20-dən Dövlət Təhlükəsizliyi Xidmətinə Əli Nağıyev rəislik edir.

Azərbaycan səfirliklərinin siyahısı

  • 28 Dekabr 2022
  • comments

İş adamına hökm oxundu

  • 28 Dekabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

ABŞ-ın ən yüksək rüsum tətbiq etdiyi ölkələr

GLOBALS:0
comments
Xəbər

“AzəriLayt”ın qiyməti

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Pekin nadir metallar üzərində nəzarəti gücləndirir

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Çin dollarla necə çarpışır? – “Euronews”

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

ABŞ-ın ən yüksək rüsum tətbiq etdiyi ölkələr

Son materiallar

comments
Dünyanın səsiXəbər

ABŞ-ın ən yüksək rüsum tətbiq etdiyi ölkələr

GLOBALS:0
comments
Xəbər

“AzəriLayt”ın qiyməti

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Pekin nadir metallar üzərində nəzarəti gücləndirir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda