Dekabrın 28-də prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 5 saylı DOST Mərkəzinin açılışında iştirak edib.
Mərkəz Bakının Xətai rayonunda yerləşir.
Xəbəri AZƏRTAC yayıb.
Arayışa görə, Mehdi Mehdizadə küçəsi, 31 ünvanında yerləşən dördmərtəbəli mərkəzdə 120 nəfərə yaxın işçi heyəti çalışacaq və 50 nəfər könüllü fəaliyyət göstərəcək. Mərkəzdə gün ərzində 650-700 vətəndaşa xidmətin göstərilməsi nəzərdə tutulur.
Prezidentin 9 avqust 2018-ci il fərmanı ilə yaradılan DOST Agentliyi məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 12 istiqamət üzrə 153 xidmət göstərir.