Respublikaçı Alternativ (REAL) Partiyası üzvlük saytı yaradıb: Realuzv.org. Sayt vətəndaşlara partiya üzvü kimi qeydiyyat imkanı verir, bunun üçün müvafiq bilgilər tələb olunur.
Novator.az bildirir ki, REAL Partiyası 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb, 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyaya İlqar Məmmədov sədrlik edir. Qurum Milli Məclisdə 1 deputatla təmsil olunur: Erkin Qədirli.
Nizamnaməsinə görə, partiyanın rəhbər orqanları qurultay və Siyasi Komitədir. Qurultay dörd ildən bir çağırılır.
Partiya sədrini seçmək Siyasi Komitənin səlahiyyətindədir. Bir şəxs partiyanın dövlət qeydiyyatı günündən etibarən ümumilikdə səkkiz ildən çox sədr vəzifəsində ola bilməz.