Dekabrın 26-da Ermənistanın ədliyyə naziri təyin olunub: Qriqor Minasyan. Novator.az bildirir ki, 1983-cü il təvəllüdlü Qriqor Minasyan bu il yanvarın 12-dən ədliyyə nazirinin müavini postunda xidmət edirdi.
Ədliyyə naziri kürsüsü oktyabrın 5-dən boş idi.
Ermənistan hökumətində bu şəxslər də yer alır: Nikol Paşinyan – baş nazir, Mger Qriqoryan, Tiqran Xaçatryan – baş nazirin müavinləri, Ararat Mirzoyan – xarici işlər naziri, Suren Papikyan – müdafiə naziri, Armen Pambuxçyan – fövqəladə hallar naziri, Vaan Kerobyan – iqtisadiyyat naziri, Vaqe Ovannisyan – maliyyə naziri, Robert Xaçatryan – yüksək texnologiyalar sənayesi naziri, Qnel Sanosyan – ərazi idarəçiliyi və infrastruktur naziri, Narek Mkrtçyan – əmək və sosial məsələlər naziri, Janna Andreasyan – elm, təhsil, mədəniyyət və idman naziri, Anait Avanesyan – səhiyyə naziri, Akop Simidyan – ətraf mühit naziri.
Hökumət üzvlərini baş nazirin təqdimatı ilə prezident təyin edir.
Vətəndaş Sazişi Partiyasının lideri olan Nikol Paşinyan baş nazir postunu 2018-ci il mayın 8-dən tutur.